“Hədəf mən deyil, qızım idi” — Duqin

“Qatillərin hədəfi mən deyil, məhz qızım idi”.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın tanınmış siyasi eksperti Aleksandr Duqin yerli mətbuata müsahibəsində deyib.

Xatırladaq ki, Darya Duqina avqustun 20-də Moskva vilayətində avtomobilinin partladılması nəticəsində ölüb. O, festivaldan qayıdırdı, atası Duqin isə başqa maşında idi. İstintaq Komitəsi qətli sifarişli hesab edib. Cinayətin Ukrayna vətəndaşı Natalya Vovk tərəfindən törədildiyi bildirilir.


Share: