Gürcüstanın Baş naziri Novruz şənliyinə qatıldı

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Novruz bayramı münasibəti ilə Marneuliyə səfər edib.

Müstəqil.Az xəbər verir ki, Baş nazir Marneulidə keçirilən Novruz bayramı şənliyində iştirak edib. O, bayram münasibəti ilə azərbaycanlıları təbrik edib, onlara sülh və firavanlıq arzu edib.

“Mən həmvətənlərimizi, etnik azərbaycanlıları Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Bu, yeni həyatın, yenilənmənin günüdür və mən hamını bu bayram münasibətilə təbrik etmək istəyirəm. Ailələrinə cansağlığı, firavanlıq, əmin-amanlıq və rifah arzulayıram”.

İ. Qaribaşvili azərbaycanlı icmasının və müsəlmanların Gürcüstan cəmiyyətinin ayrılmaz hissəsi olduğunu vurğulayıb.

“Biz həmişə bir yerdə olmuşuq və ölkəmizin ortaq tarixini yaradırıq. Ona görə də hökumətimiz adından hər bir etnik azərbaycanlıya və hər bir müsəlmana ölkəmizin yenidən qurulmasına verdiyi töhfəyə görə təşəkkür etmək istəyirəm”, – İrakli Qaribaşvili bildirib.

Müstəqil.Az

Share: