Gömrük Akademiyasında Konstitusiya Gününə həsr edilmiş tədbir keçirilib

Noyabrın 11-də Dövlət Gömrük Komitəsinin Akademiyasında 12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr edilmiş tədbir keçirilib.

Bu haqda Müstəqil.Az-a  Gömrük Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verib

Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları, tələbələri və Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının dosenti, h.ü.f.d. Nəsib Şükürov iştirak ediblər.

İlk öncə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

314411765_578869250905021_8973750461533370414_n.jpg

2.jpg

Tədbirdə məruzəçi qismində çıxış edən Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının dosenti, h.ü.f.d. Nəsib Şükürov tədbir iştirakçılarını Konstitusiya Günü münasibətilə təbrik edərək bu günün yaranma tarixindən ətraflı bəhs edib. Tələbələrə Konstitusiyanın mahiyyəti, hüquqi əsasları barədə məlumat verən Nəsib Şükürov onun ölkədə siyasi sabitliyin, ictimai sülhün və milli barışığın qarantı kimi çıxış etdiyini, hüquqi-siyasi münasibətlər sisteminə və hüquq düşüncəsinə əhəmiyyətli təsir göstərdiyini vurğulayıb. Konstitusiyanın hazırlanması və qəbulunda Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən bəhs edən natiq dövlət atributlarına hörmətin vacibliyini vurğulayaraq gənclərə Konstitusiyanı dərindən öyrənməyi və mənimsəməyi tövsiyə edib.

Tədbirdə Konstitusiya Gününə həsr edilmiş videoçarx nümayiş olunub.

Daha sonra tədbir bədii hissə ilə davam edib.

Tural Balabəyli

 

 

Share: