Gəncədə 66 yaşlı piyadanı avtomobil vurub

Gəncədə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan avtomobil 1956-cı il təvəllüdlü Şahismayıl Xeyirxəbərovu vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Share: