Futbol oyununda meydançaya əl qumbaraları atılıb – VİDEO

“Rosaria Sentral” və “Nyuelss Ol Boyz” komandaları arasında Argentina Premyer Liqasının VII tur oyunundan öncə insident baş verib.

Müstəqil.Az  xəbər verir ki, derbi matçını izləmək üçün stadiona toplaşmış azarkeşlər meydançaya əl qumbaraları atıblar. Bu səbəbdən görüş nəzərdə tutulan vaxtdan gec başlayıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, ot örtüyünə ciddi ziyan dəyib.

Qeyd edək ki, qarşılaşma “Nyuelss Old Boyz”un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Müstəqil.Az

Share: