Freddi Merkurinin pianosu 2 milyon dollara satıldı

Məşhur “Queen” rok qrupunun solisti Freddi Merkurinin köhnə dostu və varisi Meri Ostin Londonda rəssamın 1500-ə yaxın qiymətli əşyadan ibarət şəxsi kolleksiyasını hərraca çıxarıb.

Kulis.az xəbər verir ki, Sotheby’s Hərrac Evinin saytında verilən məlumata görə, Merkurinin “Bohemian Rhapsody” mahnısını bəstələdiyi Yamaha G2 model piano piano hərracda 2,2 milyon dollara satılıb.

Merkuri sözügedən pianonu 1975-ci ildə alıb.

Hərraca daxil edilən “Bohemian Rhapsody” əsərinin əlyazması da təxminən 1,7 milyon dollara satılıb.

Share: