“Filmlərdə real həyat hadisələrini çəkmək gərəksizdi” – Fransua Trüffonun Alfred Hiçkokla söhbəti

Kulis.az Fransua Trüffonun Alfred Hiçkokla olan söhbətini təqdim edir.

– Bu günün filmləri haqqında nə deyə bilərsiniz?

– Bu gün çəkilən filmlərdə film haqqında çox az şey var. Bunlara “danışan insanların fotoşəkilləri” deyə bilərəm. Kinoda bir əhvalatı izah edərkən ancaq müraciət ediləcək başqa bir yol qalmadığında dialoq istifadə edilməlidir. Mən daim bir əhvalatı əvvəlcə kinoya xas bir üsulla izah etməyə çalışıram.

Səsli filmlərin ortaya çıxması ilə çox təəssüf ki, bir anda teatra bənzər bir forma ağırlığını hiss etdik. Kameranın hərəkət etməsi, bu faktı dəyişdirməz. Hətta kamera, relslər üzərində irəliləyə bilsə də lentə alınanlar kino deyil, hələ teatrdır. Bunun nəticəsi kinoya xas stilin, digəri isə fantaziyanın itkisidir.

Çəkiliş ssenarisini yazarkən dialoqları vizual vahidlərdən aydın şəkildə ayırmaq əhəmiyyətlidir. Xüsusən mümkün olan hər yerdə, dialoqdan çox vizual faktlara söykənmək lazımdır. Hadisəni səhnəyə qoymaq üçün hansı üsulu seçirsiniz seçin, əsl marağınız tamaşaçının bütün diqqətini əldə etmək olmalıdır.

Nəticə olaraq onu qeyd edim ki, ekrandakı kadrın duyğu və həyəcanla bol olması vacibdir.

– “Gərginlik” sözü müxtəlif formalarda təyin oluna bilər. Sizinlə olan söhbətlərdə tez-tez, “gərginlik ilə çaşdırma” arasındakı fərqə işarə edirsiniz. Amma bir çox adam, gərginliyin qorxuyla əlaqəli olduğunu müdafiə edir.

– Belə bir əlaqə yoxdur. “Asan üstünlük” filmindəki stansiyaçı qıza nəzər yetirək. O, kadrda göstərilməsə də bir kişi ilə bir qadının evlilik mövzusunu mübahisə etdikləri danışığı dinləməli olur. Stansiyaçı qız gərginlik içindədir, sanki gərginliyin əsiridir. Telefon xəttində olan qadın zəng etdiyi adamla evlənəcəkmi? Qadın, evlənməyi qəbul etdikdən sonra qız rahat olur, gərginliyi yoxa çıxır. Bu da qorxuyla heç bir əlaqəsi olmayan gərginlik ünsürünə bir nümunədir.

– Stansiyaçı qız, qadının evlənməyi rədd edəcəyindən qorxurdu amma bu cür bir qorxuda hər hansı bir əzab və ya kədərdən söhbət getmir.

– Tamaşaçının filmdə baş verənlərin son dərəcə mükəmməl şəkildə fərqində olması lazımdır. Əks halda, gərginlik meydana gəlməz.

– Şübhəsiz, amma gərginlik ünsürünü, gizlənən bir təhlükəylə əlaqəli olaraq vermək mümkün deyilmi?

– Mənim düşüncəmə görə, əsrarəngiz şeylər, çox gərginlik yaratmazlar. Məsələn, “kim etdi?” sualı verilən filmlərdə, gərginlik ünsürü deyil, intellektual bir tapmaca vardır. Bunlar, romantiklikdən uzaq bir növ maraq elementi ehtiva edərlər. Halbuki duyğular, gərginliyin təməl dayağıdırlar.

– Karyeranızda nə baş verir versin istedadınız heç bir zaman heç bir zaman yoxa çıxmır…

– Bilirsiniz ki, filmlə sənədli film arasında xeyli fərq vardır. Sənədli filmdəki təməl vəsait tanrı tərəfindən yaradılmışdır. Halbuki bir filmdə, tanrı rejissorun özüdür. Həyatı o yaratmalıdır. Bu yaradılış müddətində duyğular, ifadə formaları və dünyagörüş vardır. İstədiyimizi etməkdə tam azad olmalıyıq ki, iş prosesi darıxdırıcı olmasın.

“Həyatdan bir parça” kimi filmlər etmək istəmirəm. Çünki insanlar bunu evdə, küçədə, hətta kinostudiyanın qarşısında da tapa bilərlər. Həyatdan bir parçanı görmək üçün pul ödəməkləri lazım deyil. Üstəlik həddindən artıq fantaziyalardan da uzaq olmağa çalışıram. İnsanların xarakterlərlə isinişə bilməsi lazımdır. Film çəkmək, hər şeydən əvvəl bir hekayəni izah etmək mənasını verər. Hekayə reallaşması mümkün olmayan bir şey ola bilər, amma əsla primitiv olmamalıdır. Dramatik və insani olmalıdır. Onsuz dram da darıxdırıcı qismləri çıxdaş edilmiş həyatdan başqa nədir ki?! Bundan sonrakı faktor, film istehsalı texnikasıdır və bu məzmunda mən texnikada tam mükəmməlliyə qarşıyam. Texniki hərəkət zənginləşdirməlidir. Heç kim sırf operatırın xoşu gəldiyi üçün kameranı müəyyən bir küncə yerləşdirməz. Burada əhəmiyyətli olan müəyyən bir bucağa yerləşdirilmiş kameranın o səhnəni ən yaxşı şəkildə vurğulayıb vurğulamamağıdır. Hər şey görüntünün və hərəkətin, ritmin və efektlerin gözəlliyinə, əsas məqsədə tabe olmalıdır.

Bəzi vəziyyətlərdə xoşbəxt son lazım deyil. Tamaşaçını yaxşıca qavramağı bacarsanız, onlar sizin icra etdiyiniz məntiqin arxasınca gələcəklər. Filmdə kifayət qədər əyləncəli ola bilmisinizsə, insanlar “bədbəxt sonluğu” qəbul edəcəklər.

Təcrübələrimdən öyrəndim ki, qəhrəman tipi bir ulduz tərəfindən təyin olunduğu zaman bütün film bundan mənfi istiqamətdə təsirlənir. Bilirsiniz ki tamaşaçılar, tanımadıqları aktyor tərəfindən canlandırılan obrazın yaşadığı çətinliklərlə daha az maraqlanırlar. Pis adam obrazı nə qədər müvəfəqiyyət əldə edirsə, film də o qədər uğur qazanır. Bəzən ana körpəsinə qarşı olan sevgisini bööö, bırrr kimi səslər və ya əl, qol hərəkətləri ilə oyun oynayaraq göstərir. Ola bilər ki, körpə bundan qorxuya düşsün. Ancaq eyni zamanda o da gülür, əllərini oynadır. Həmin körpə danışmağa başladığı zaman da daha maraqlı şeylər istəyəcəkdir.

– 1947-ci ildə Hollywood dakı bir mətbuat konfransı əsnasında bunları söyləmişdiniz: “Mənim məqsədim, xalqa sağlam və faydalı şoklar yaşatmaqdan ibarətdir. Sivilizasiya indiki vaxtda elə qoruyucu bir vəziyyətə düşüb ki, artıq qorxularımızdan içgüdüsel olaraq xilas olmaq imkanımız qalmamışdır. Hissiyyatımızı bərpa etmək və əxlaqi tarazlığımızı canlandırmaq üçün tək yol, şok yaradacaq süni vasitələrə müraciət etməkdir. Buna nail olmaq isə mənə elə gəlir ki, ancaq kino yoluyla ola bilər” Söyləmək istədiyim budur ki, bütün diqqətlər ekrandakı əsas xarakterlərin üzərində cəmləşdiyi üçün bu cür dəqiq detalların bir qayda olaraq geniş tamaşaçı kütləsinin nəzərini cəlb etməməsidir. Siz bütün detalları öz fərdi məmnunluğunuz üçün həm də filmi zənginləşdirmək üçün təşkil edirsiniz.

– Bunları etməliyik. Filmin bütün hörgüsünü tikmə kimi doldurmalıyıq. İnsanlar bu kimi səbəblərdən bütün detalların fərqinə vara bilmək üçün filmə təkrar-təkrar baxmaq ehtiyacı hiss edərlər. Bu bəzilərinə boş yerə itirilən vaxt kimi görünsə də əslində filmin gələcəyini daha da möhkəmlədir. Məhz bu səbəbdən həmin filmlər uzun illər sonra nümayiş olunur, zamana qarşı dirənir və dəbdən düşmür.

Ekranda cinsiyyət mövzularının da bir gərginlik ünsürü kimi lazım olduğunu düşünürəm. Əgər seksuallıq, həddindən artıq nəzərə çarpırsa və çox üzdədirsə, o zaman gərginlik də ola bilməz. Filmlərimdə təcrübəsi olan sarışın aktrisalarla işləməyimin səbəbini bilirsinizmi? Biz ancaq yataq oyağına girdikdən sonra fahişələşməyə başlayan həqiqiqi xanımların axtarışındayıq. Yazıq Merlin Monronun seksuallıq sanki üzünün hər tərəfinə yazılmışdı. Bricit Bardo da o qədər usta və hiyləgər qadın deyildi.

– Başqa cür desək, sizi insanın daxilindəki atəşlə, xaricdə olan soyuq görüntü arasındakı paradoks maraqlandırır…

– Tamamilə doğrudu. Cinsiyyət baxımından ən maraqlı qadınların ingilis qadınları olduğuna inanıram. İngilis qadınlarının, isveçlilərin, Şimal almanların və skandinavların, italyan və fransız qadınlarından daha həyəcan verici olduğunu hər zaman hiss etmişəm. Cinsilik elan edilməməlidir. Məktəb müəlliminə bənzəyən bir ingilis qızı, sizinlə dərhal bir taksiyə minməyə razı olacaq və hətta coşğun baxışlarınız altında şalvarınızın zəncirbəndini belə özü açacaq.

Təyyarə səhnəsi olan filmimizi çəkilişindəki ən nəzərə çarpan tərəfi hadisənin lazımsız və səbəbsiz olmasıydı. Bütün məntiqi yox edən, hətta əhəmiyyətini belə itirirən bir səhnədir. Belə bir üsulla yaxınlaşarkən kino, eyn ilə musiqi kimi son dərəcə mücərrəd bir sənət olur.

Eyni mövzunun bir başqa istiqaməti də, boşluğun hədər edilməməsi idi. Çünki bu boşluq, dramatik efekt etmək üçün istifadə edilə bilər. Məsələn, “Quşlar” filmində quşlar barrikadalarla qorunmuş evə hücum etdikdə, divanda oturan Melanie qışqırarkən kameranı geriyə çəkdim. Buradakı məqsədim, onun qorxudan büzüşməsinə səbəb olan heçliyi göstərmək üzrə boşluğu istifadə etmək idi. Yenidən ona döndüyümdə, kameranı bu səfər də yüksəyə yerləşdirərək, get-gedə onra yaranan qorxu təəssüratını gücləndirdim. Ondan sonra Melanienin ətrafında və təpəsindən dolanan başqa bir kamera hərəkəti vardı. Amma başlanğıcdakı boşluq, səhnənin əsl əhəmiyyətli ünsürü idi. Əgər dərhal başlanğıcda kameranı qızın yüzünə tutmuş olsaydım, onun görə bildiyi, amma tamaşaçının görə bilmədiyi bir şeydən qorxub geri çəkildiyi duyğusunu yaratmış olacaqdıq. Mən isə tam əksini meydana gətirərək ekranın xaricində bir şey olmadığını vurğulamaq istədim. Buna görə bütün boşluğun müəyyən bir mənası vardı.

Bəzi rejissorlar, aktyorları dekorun önündə saxlayıb onların oturmasına, ayaq üstə dayanmasına, ya da yatmasına uyğun olaraq kameranı müəyyən bir uzaqlığa yerləşdirirlər. Məncə belə bir şey çapsız düşüncənin nümunəsidir.

Çünki kino bütün dünyada çox bilinən və ən qüvvətli kütləvi informasiya vasitəsidir.

Bir roman, başqa bir dilə çevrilərkən maraq baxımından çox şey itirə bilər. Eyni şəkildə qala gecəsində çox gözəl şəkildə təqdim olunan tamaşa daha sonra eyni müvəffəqiyyəti əldə etməyə bilər. Amma bir film, dünyanın hər yanına gedib çıxmaq gücünə malikdir.

Tərcümə etdi: Samirə Əşrəf

Share: