Faiq Balabəyli: “Onlar bununla təsdiqləyirlər ki, Qarabağa gəlmədirlər və bu torpaqlar onlara yaddır”

Sosial şəbəkələrdə, internet resurslarında Qarabağı tərk edən bəzi ermənilərin ölən qohumlarının meyitlərini məzarlarından çıxardıqlarını əks etdirən görüntülər və boş qəbirlərin fotoları yayılıb

Məlumatlara görə, çıxıb gedən ermənilərin bəziləri gedərkən həm evlərini yandırır, həm də ölülərini məzardan çıxarıb özləri ilə aparırlar. Ümumiyyətlə, yandırmaq və cəsəd daşımaq ermənilərin artıq xarakterik xüsusiyyətinə çevrilib.

  • Qəbirləri eşib meyitləri özləri ilə daşımaq, ölülərini dərbədər salmaq erməni xislətinə xasdır

img

Bəzi ermənilərin bu cür hərəkətlərinə şərh verən Müstəqil.az saytının baş redaktoru Faiq Balabəyli “Bakı-Xəbər”ə bildirdi ki, onların bu addımı təsadüfi deyil: “İlk gündən bu torpağın onlara, onların da bu torpağa yad olduğu məlum idi. Çünki onlar XIX əsrdən başlayaraq İrandan, Türkiyədən, Suriyadan və başqa dövlətlərdən bizim ərazilərə köçürüldükləri gündən iynə üstündə otururdular. Bilirdilər ki, əvvəl-axır onlara aid olmayan torpaqlardan gedəcəklər, bu torpaqların gerçək sahibləri gəlib öz yurduna, torpağına sahib çıxacaq. Hərçənd, bu çox vaxt apardı…Bilirsiz ki, Birinci Qarabağ müharibəsindən sonra saysız-hesabsız erməni ailələri xarici ölkələrdən Qarabağa, Laçına, Kəlbəcərə və başqa işğalda olan ərazilərimizə köçürüldülər, torpaqlarımızda qanunsuz məskunlaşdırma həyata keçirildi. Bu torpaqlara doğma olmayan adamlar gəlib azərbaycanlıların evlərinə sahibləndilər. Torpaqlarımız azad ediləndən sonra onlar çıxıb getmək məcburiyyətində qaldılar. Bilirsiz ki, təkcə Qarabağda deyil, Laçını, Kəlbəcəri tərk edən bəzi ermənilər də o vaxt yaxınlarının məzarlarını söküb meyitlərini özləri ilə aparırdılar. Onlar bununla təsdiqləyirlər ki, Qarabağa gəlmədilər və bu torpaqlar onlara yaddır. Qəbirləri eşib meyitləri özləri ilə daşımaq, ölülərini dərbədər salmaq erməni xislətinə xasdır. Harada özlərinə yeni vətən tapırlarsa, ölülərini də ora basdırırlar. Bunların xasiyyəti belədir.

Bir məqamı da deyim ki, ermənilər goreşən kimi azərbaycanlılara məxsus məzarları dağıdıb talan ediblər. Torpaqlarımız azad olunandan sonra nə qədər qəbirləri dağılmış, eşilmiş gördük. Özləri goreşəndir, elə bilirlər ki, başqaları da onlar kimidir. Hər şeyi öz arşınları ilə ölçürlər, başqalarına da öz xislətlərinə uyğun qiymət verirlər. Amma biz onlar kimi deyilik. Bizdə heç kəsin ölüsünə ermənisayaq yanaşılmayıb, yanaşılmaz da”.

F.Balabəyli qeyd etdi ki, bu torpaqlara gəlmə olsalar da, özlərini normal aparsaydılar, separatizmə qoşulmasaydılar, separatçılıqla məşğul olmasaydılar qalıb yaşaya bilərdilər, gedənləri qovan olmayıb, onlar özləri reiunteqrasiyaya razı olmadıqları üçün gəldikləri kimi də gediblər.  “30 il müddətində onlar bizim məzarlıqlarımızı, tarixi abidələrimizi dağıdıb məhv etdilər. Məzarları dağıdıb buradan bizim izlərimizi silmək istəyirdilər. Bu baxımdan, elə bilirlər ki, azərbaycanlılar da onlara aid qəbirləri dağıda, yaxınlarının qalıqlarını çıxara bilər. Çox guman ki, bu düşüncə ilə edirlər. Amma azərbaycanlılar heç zaman onlar kimi olmayıb. Təbii ki,  ermənilərin bu addımının arxasında hansısa məkrli niyyətlər də dayana bilər. Bu da gözləniləndir. Amma fakt budur ki, məzarlıqları özləri sökür, ölülərinin cəsədlərini özləri çıxarır. Bu toplum haradan çıxıb getsə mütləq  ziyankarlıq edib gedir. Biz bunu çox görmüşük”-deyə F.Balabəyli qeyd etdi.

Leyla QARAXANLI

“Bakı-xəbər”

Share: