Eynəklər haqqında maraqlı məlumatlar…

Əgər eynəklər heç kəşf edilməmiş olsa idi, sözsüz ki, həyat gözü zəif olanlar üçün olduqca çətin olardı. Eynəklər görməni bərpa etmək, gözü qorumaq ilə yanaşı, üzün simmetrik quruluşunu da tənzimləyir. Amma ilk dəfə eynək hazırlamaq ideyası hardan çıxdı və o nə üçün istifadə olunurdu?

1. Tarixi

TarixiHələ qədim zamanlarda Kanadanın yerli xalqları günəşdən qorunmaq üçün primitiv sümükdən hazırlanmış eynəklərdən istifadə edirmişlər. Roma imperatoru Nero qladiator döyüşlərini izləyərkən günəş işıqlarının təsirini azaltmaq üçün zümrüddən, sonralar isə müəllimi Senecanın təklifi ilə içərisində su olan şüşə qabdan istifadə edirdi.

2. Dünəndən bugünə eynəklərin təkamülü

Dünəndən bugünə eynəklərin təkamülüLakin ilk eynəyin təxminən 13-cü əsrdə İtaliyada hazırlandığı təxmin edilir. Bu eynəklər uzağı görmək üçün hazırlanmışdı və indiki eynəklərdən görünüşünə görə fərqlənirdi. Onların çərçivələri buynuz, sümük və ya metaldan hazırlanırdı ki, bu da onların ağır olmasına səbəb olurdu.Daha sonralar ingiltərəli Edward Scarlett çərçivələri təkmilləşdirilərək müasir formaya bənzər eynəkləri ərsəyə gətirdi.

3. İlk günəş eynəkləri

İlk günəş eynəkləriİlk günəş eynəklərini isə Çinlilər şüşələri hisə verib qaraltmaq yolu ilə hazırlamışlar. Bu günəş eynəklərini hakimlər məhkəmə prosesində gözləri düşüncələrini ələ verməsin deyə istifadə edirdilər. Marko Polo Çinə səyahəti zamanı qeydlərində yaşlıların geyindiyi eynəklər haqqında da yazmışdı.

4. Eynəyin insan xarizmasına təsiri

Eynəyin insan xarizmasına təsiriBu heç kəsə sirr deyil ki, eynək geyinən insanlar daha cəzbedici və ağıllı görünürlər. Bu düşüncə tərzinin yaranmasının bir çox səbəbləri vardır. Araşdırmalara görə eynək gözləri diqqət mərkəzinə çəkdiyi üçün hər kəsin nəzərini ilk öncə şəxsin gözlərinə yönləndirir. Göz təması isə sizin insanlara daha tez təsir etməyinizə səbəb olur.

5. Təbii bunun mənfi tərəfləri də var

Təbii bunun mənfi tərəfləri də varMütəmadi olaraq eynək istifadə edən insanların görmə qabiliyyəti zamanla eynəkdən asılı hala gəlir. Bəzən eynək gözü yorur, və ya o olmayanda həyatınız kabusa çevrilir.

6. Digər problemlər

Digər problemlərEynəyi düzgün istifadə etmək üçün onu təmiz saxlamaq lazımdır, bəzən gözünüzə balaca bir ləkə görünər və heç cürə tapıb silə bilməzsiniz. Hələ bunun qışda kofe içməyə çalışmağı, isti məkana daxil olanda şüşəsinin buxarlanmağı var.

7. Bir də bunlar var

Bir də bunlar varEynəyinizlə şəkil çəkdirmək istəyənlər, ver baxım görüm mənə yaraşırmı ? deyən tayfa sizdən əl çəkməz. Yeni tanış olduğunuz insanların yaxını görmürsən uzağı? Nömrəsi neçədir? Yəni eynəksiz heç görmürsən? kimi sualları bitib tükənməz.

Share: