Eşq yolçuları – Barat Vüsalla söhbətin təəssüratı

 Barat Vüsalla söhbətimiz həmişə ədəbiyyata, poeziyaya söykənir…

…Adamlar var onlarla ədəbiyyat haqda ədəbiyatçı kimi tutur söhbətin.Elə sənin müxtəlif qayğılardan boğulduğun,nəfəsinin çatmadığı zaman yetirir özünü sənə!..Çəkib qolundan atır qırağa və deyir ki,.get yaşa!
Çoxfunksiyalı, İmkanlı telefonu götürüb yığdım Barat Vüsalı, elə ilk kəlmədəncə əhvalını yerində görmədim. Soruşanda dedi “Ay Şahnaz, səsim satdımı məni?!”.. və özünə məxsus gülüşü cingildədi qulağımda!..
Məlum oldu ki,sağlamlıq problemi olsa da artıq adladıb…nə yaxşı,şükür Allaha!..Söhbətimiz xeyli çəkdi,mövzular bir birinə calandı,amma yenə istinad nöqtəmiz mübarəkqədəm, bəzən də başı bəlalı,hərdən şou məkanını xatırladan ədəbiyat oldu… Milli sərvət səviyyəsinə yüksələn yazarları andıq,yaddaşa köçən sətirlərini xatırladıq,arada hələ xarici yazarlarla da ilgiləndik.Gördük vallah ədəbiyyatın mənbəyi öz milli yazarlarımızdı,onların dünyadan gedənini rəhmət,sağ olanlarını can sağlığı diləməklə yad etdik!.. Nizamidən tutmuş Sabir, Səməd Vurğun, Məmməd Araz, Nəriman Həsənzadə, Musa Yaqub, İsmayıl Şıxlıdan…danışdıq… Dəryadı bunlar,gözümüzün qabağındaca olduğundanmı hərdən insafsız davranırıq,öz gözümüzdə tir axtarırıq?…
…Doğudan Batıya yollar uzanır,
İnsandan insana yol gözə dəymir!…
M.Araz deyib bunu!..Görəsən ürəyi, ruhu neçənci dərəcə yanıq zədəsi alıbmış dahi şairin ,bu sətirlərlə su səpib yarasına!!?
Musa Yaqub:
Şeiri götürdülər hoydu hoyduya,
Sözü götürdülər hoydu hoyduya,
Dağı götürdülər hoydu hoyduya,
Bağı götürdülər hoydu hoyduya….
Məni də qoşdular bu qeybətlərə,
Sonu görünməyən boş söhbətlərə..
Heyif,o əvvəliki könlümə heyif,
Heyif,o əvvəlki gülümə heyif…..
bu sətirləri hələ 90-cı illərdə yazıb….
Eynşteyn onu da başqalarını da qabaqlayıb və söyləyib ki:
..Bu gündən belə insanlığın taleyi onun elmi-texniki nailiyyətlərindən çox,mənəvi dayaqlarından asılı olacaq!….
…….
Söhbətimizin sonunda Barat müəllimlə gəldiyimiz nəticə belə oldu ki,”Hər şey EŞQin yolunu tapmağa xidmət etməlidir..”
Bunların birincisi və ilki isə budağında oturub hərdən ağacını silkələməyə çalışdığımız əbədi,əzəli doğma
ƏDƏBİYYATımızdır…!”
Düşünək,dostlar,düşünək…

Şahnaz Şahin

Share: