Ermənilər raket atdı, biri enerji blokunun yaxınlığına düşdü – FOTO/VİDEO

Ermənistan Silahlı Qüvvələri tərəfindən atılan raketlərin 1-i Mingəçevir şəhərində enerji blokunun yaxınlığına düşüb.

Müstəqil.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev “Twitter” səhifəsində məlumat verib.

O bildirib ki, əraziyə düşən raket partlamayıb:

“Ermənistanın Azərbaycanın vacib mülki infrastrukturuna qəsdən və məqsədyönlü hücumunun sübutu. Ermənistanı məsuliyyəti dərk etməsi üçün sülhə məcburetmə davam etməlidir”.

Share: