Ruhani söz verdi: 2 qat güclə…

İran Prezidenti Həsən Ruhani iqtisadi problemləri həll etmək üçün səylərin artırılacağını bildirib.

Müstəqil.Az Axar.az -a istinad edərək xəbər verir ki, bu barədə “Fars” agentliyi informasiya yayıb.

Ruhani inflyasiya, işsizlik, havanın çirklənməsi və digər iqtisadi problemləri həll etmək üçün hakimiyyətin səylərini iki qat artıracağını qeyd edib.

Qeyd edək ki, dekabrın 28-dən başlayaraq İranın Tehran, Məşhəd, İsfahan və Rəşt kimi iri şəhərlərində etiraz aksiyaları keçirilib.

Müstəqil.Az

 

Share: