Erməni kilsəsindən kommunikasiya xətləri kəsilməyib. Səbəb?..

Bakı şəhərində erməni kilsəsi. Kilsə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi, “Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı” siyahısına daxil edilmişdir (inventar nömrəsi № 3272).

Müqəddəs Qriqori kilsəsi 1863-1869-cü illərdə inşa edilmişdir. Kilsənin memarı Otto Gippusdur (1826-1883). 1888-ci ildə kilsənin zəng qülləsi tikilmişdir. Kilsə N.Rəfibəyli küçəsi 27-də yerləşir.

Qafqazın mülki işlər üzrə baş rəisi knyaz Q. Qolitsının qaldırdığı vəsatət əsasında 1903-cü il iyunun 12-də erməni kilsəsinin əmlakının Rusiyanın Torpaq və Əmlak Nazirliyinin sərəncamına keçirilməsi haqqında İmperator qanunu imzalanmışdı. Bu qanunun qəbul edilməsindən sonra, başda bütün erməni kilsələri olmaqla, bütün erməni siyasi təşkilatları çar hökumətinə qarşı sui-qəsdlər və terror aksiyaları həyata keçirməyi qərara aldılar. Həmin qanun erməni kilsələrinin maliyyələşdirdiyi siyasi partiyaların maddi vəziyyətinə ciddi zərbə vurduğu üçün erməni terrorizminin genişlənməsinə, anti-rus, anti-müsəlman əhval-ruhiyyəsinin qızışmasına səbəb olmuşdu.

Tiflisdə Erməni Özünümüdafiə Mərkəzi Komitəsi yaradılmış, həmin komitə 12 iyun tarixli qanunun ləğv edilməsi üçün çar hökumətinə – mütləqiyyətə qarşı bütün mümkün vasitələrlə mübarizə aparacağını bəyan etmişdi. 1905-ci il mayın 11-də gündüz saat 3-də erməni kilsəsinin yaxınlığında, Parapet bağı (indiki Fəvvarələr meydanı) ilə Voronsov (indiki Mirzə İbrahimov) küçəsinin kəsişdiyi yerdə hərəkət edən Bakının general-qubernatoru knyaz Mixail Nakaşidzenin faytonuna ermənilər bomba atırlar. Partlayan bombanın təsirindən Nakaşidze və onun yavəri ölürlər. Həmin vaxt hadisə yerindən təsadüfən keçən iki nəfər azərbaycanlı da həlak olurlar Partlayışa görə məsuliyyəti “Daşnaksutyun” partiyasının Mərkəzi Komitəsi öz üzərinə götürür.

“Daşnaksutyun” partiyası ilə erməni-qriqorian kilsəsinin əlaqələri haqqında N. Şavrov yazır:

“Bu zaman (yəni knyaz Qolitsının Qafqazın baş rəisi olan dövrdə) “Daşnaksutyun”un başında artıq erməni kilsəsinin başçısı katolikos dururdu və inqilabi hərəkatın əsas rəhbərləri, inqilabi işə xərclənmək üçün pulların toplayıcıları da din xadimləri idi”.

1945-ci ildən etibarən Azərbaycan yeparxiyasının mərkəzi olub.

Amerika tədqiqatçısı Səmyuel Uimz “Ermənistan – terrorçu “xristian” ölkənin gizlinləri” əsərində yazır:

“XX əsrin lap əvvəllərindən erməni kilsəsi ilə terrorçu siyasi hərəkatın birləşməsi bu gün də davam edir. Erməni kilsəsi üsyanları planlaşdıran və həyata keçirən terrorçuların qərargahı kimi fəaliyyət göstərir, terrorçular üsyan əmrini almaq üçün kilsə xadimlərinin qərarını gözləyir”.

1988-ci ildə Dağlıq Qarabağ münaqişəsinin başlamasından sonra Ermənistanda yaşayan azərbaycanlılar deportasiya edildilər və onların bir qismi Bakıda məskunlaşdılar. Bakıda yaşayan ermənilər də tədricən şəhəri tərk etdilər. Bundan sonra Bakıdakı erməni kilsəsi öz fəaliyyətini dayandırdı. Kilsə zahirən bağlıdır və fəaliyyəti dayandırılıb.

Lakin erməni kilsəsi bu gün də fəaliyyətdədir. Kilsənin 11 nəfərdən ibarət Şura üzvləri bu gün də Bakı, Gəncə, Bərdə, Qarabağ… istiqamətində məskunlaşıblar. Digər bir məlumata görə Erməni Şurasının on bir üzvündən dörd nəfəri Culfada qərar tutublar. Onlar İrandakı erməni icmasının üzvlərilə sıx əlaqələrə malikdirlər. Məsələn Məlumata görə Şuranın “hərbi maşını” sayılan E.D.Qabrielyan Xankəndi istiqamətində silahların daşınmasında əsas siyasi fiqurlardan biri kimi tanınır.

Araşdırmalara görə Bakıdakı erməni kilsəsindən keçən kimmunikasiya xətləri tamam kəsilməyib. Digər tərəfdən erməni Şurasının üzvləri uzun müddətdir ki, “Azərbaycanın fəxri vətəndaşı kimi qeydiyyatdadırlar…”

O qeyd edib ki, klsnin binası böyük olduğundan onun bir hissəsinui erməni vəhşiliyi ilə bağlı rəsmlərə, fotolara ayırmaq olar:

“Fikrimcə hərbi prokurorluğun apardığı istintaq materiallarına, video filmlərə, Ermənistanın Azərbaycan xalqına qarşı törətdikləri soyqırımları sübut edən faktlar erməni kilsəsində sərgilənməlidir. Xocalı soyqırımı, ötən əsrin əvvəlində ermənilərin azərbaycanlılara qarşı törətdikləri vandallıqlar, eyni zamanda, son Gəncə, Bərdə faciələri erməni kilsəsində nümayiş etdirilməlidir. Burada fotofaktlarla yanaşı 44 günlük müharibənin dəhşətləri nümayiş etdirilməlidir.

Biz bununla erməniliyi, onun xislətini elə erməni kilsəsindən dünyaya bird aha çatdırmış mümkündür. Hətta ziyarətə dünyanın bütün dini xadimlərini də dəvət etmək olar. Biz bununla dünyaya çatdıracağıq ki, Bakıdakı erməni kilsəsi qorunur. Və əksər dinlər insanlığa xidmət etdiyi halda erməni kilsəsi insanlığın məhvi üçün çalışır və s.”

Rövşən Növruzoğlu,

Milli Təhlükəsizlik Məsələləri üzrə ekspert,professor politoloq

Share: