Əlverişsiz havaya görə Bakıya eniş edən təyyarə Gəncəyə yola düşüb

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Moskva (Vnukovo hava limanı)-Gəncə reysini yerinə yetirən və əlverişsiz hava şəraiti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edən təyyarəsi saat 17:19-da Gəncəyə yola düşüb.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan “-Economics”ə verilən məlumatda bildirilib.

Share: