Elşad Qasımov: Üzümə pis baxsa idi, dənizlə dostluğu çoxdan pozardım

Müstəqil.Az saytı və DSD İB-nin birgə layihəsi olan “Dənizçi həyatı” layihəsinin budəfəki qonağı AXDG QSC XDND idrısinin “TMİ-6” barjasının kapitanı Elşad Qasımovdur.

 – Elşad bəy, necəsən, nə var nə yox. Dənizlə dostluğun necədir?

-Sağ ol, Faiq komandir. Hər şey yaxşıdır. Ömrümüzün yarıdan çoxu dənizdə keçib. Şair, dəniz üzümə pis baxsa idi dənizlə dostluğu çoxdan pozardım.

-Səninlə eyni zamanda bu idarəyə gəlmişik. İdarəmizin həyatında oynadığı rol haqda danışardın

-Mənim ilk iş yerim bu idarədir. Artıq üz göz öyrəşib. Bundan sonra harda işləyə bilərəm ki?

Demək dənizçi və dəniz həyatı ürəyincədir?

-Sən ki məni tanıyırsıan. Sözü üzə deyənəm. Ürəyimcə olmayanı qəbul etmirəm, eləcə də bu sənətə vurğunluğum burada keçirdiyim illərin sayından məlumdur.

Özün haqda oxuculara məlumat verərdin

– Mən Qasımov Elşad Qasim oqlu. Masalli rayonun Təklə kəndində anadan olmuşam. 1984-ci ildən bub günə qədər XDND idarəsində işləyirəm. Müxtəlif gəmilərdə çalışmışam. Hazırda “TMİ-6”barjasında komandir olaraq əmək fəaliyyətimə davam edirəm.

Deyirsən ki, dənizlə dostam, əks halda bu qədər işləməzdim. Dəniz sənə nə verdi ki, bu qədər arxayınçılıqla danışırsan?

– Dəniz mənə dostlar verdi. Ağır gündə, xoş gündə yanımda oldular. Dənizin müxtəlif “sifəti” var, gah mülayim olur, gah da sərt. İnsanlarımızın da müxtəlif xarakterləri var. Dənizin xarakterinə bələd olmağım, elə müxtəlif insanların xarakterlərini öyrənməyim olub. Dənizin məhrumiyyəti, çətinliyi insanlarımızla qurduğumuz əlaqələrin tam olmasından xəbər verdi.  Dəniz mənə ağır günlardən üzü ağ çıxmağı öyrədib, sənim kimi dostları verib və sair…

Ağır günlərdən danışdın. Ölkəmiz adına çox ağır günlərin şahidi olmusan. 19909-cı ilin 20 yanvar hadisələri, sonra  I Qarabağ savaşı… Necə qalıb yaddaşında?

-O günlər yaddaşdan silinir ki, daş kitabələr kimi yazılıb. Əsas da 1990-ci il yanvar ayının 20-si. Düşünürəm ki, heç vaxt yaddan çıxan gün olmayacaq. Bizim dənizçilərin qəhrəmanlıq dolu səlnaməsində o 4 gün əbədi olaraq tariximizinn ən şərəfli günü kimi gələcək nəsillərə ötürülməlidir. Buna görə sənə xüsusi təşəkkürüm var. Mən o zaman “UTYOS” gəmisində çalışırdım. Gəmimin Banka Makarov rayonunda idi. Heyyətin əksəriyyəti rus millətindən olanlar idi. Kapitanmiz da rus idi. Adı Sergey idi, təəssüf ki soyadını unutmuşam. Dənizdə idik. Ona yaxınlaşdır,  dedik ki getməliyik Bak nbuxtasina. Razılaşmaq istəmirdi. Ona dedik ki, bütün gəmilər etiraz aksiyasına toplaşıb, bizim burda lövbər atıb qalmağımız düz deyil. Çox dedik, təkid etdik,  axırı razılaşdı bizimlə. Bizim gəmi də gəldi Bakı buxtsına.

Verilən tapşırığa əsasən bizim üçün ayrılan yerdə dayandıq. Kapitan korpusunə qalxıb, qərargahla hərbiçilərin, gəmilərimiz arasında gedən danışıqları izləyirdik.  Çox çətin bir vəziyyət idi, hər kəs narahat idi. Həm evdən sarı həm də millətimizin düşdüyü faciədın ötrü. Özümüzü toparlaya bilmirdik.  Sahilə çıxmağa can atırdım. Axır ki gəmidən düşüb,  Dəniz vağzalına gəldim. Dənizçi dostlarla görüşdüm. “Aktau” gəmisini güllə ilə vurmuşdular, körpüdə idi.  “Neftqaz-64” gəmisi, etmirəmsə “Vodaley-4” gəmisinin aldığı  pilamyot yaraları hələdə gözümün önüdədir.  Gəmilərin əsasən burun tərəfi, qabaq hissəsi deşik-desik idi. “Atlet-21” gəmisinin kapitanı Ümüdvar Hüseynov yadımda qalıb, o, rus zabitləri ilə gəmisində necə mübahisə edib, onları acılayırdı. Həqiqətən bizim dənizçilər çox böyük qəhrəmanlıq göstərdilər. İndi çox şeylər danışılır. Bir məsələni unutmamalıyıq. Bu dənizçilərimizin ürəyinin hökmü idi, Vətənin azadlığı üçün əlimizdən gələni edək, və kollektiv bunu bacardı. İçimizdən dedi-qodu ilə kimləri isə aşağalayanlar da var…

-O hadisələrin iştirakçıları olan bir qrup dənizçi sonradan müharibəyə yola düşdü.

-Biz dənizçilərin 1993-cü il döyüş yolu noyabir ayında könüllü olaraq Bakıda “N” saylı hərbi hissəyə getməyimizlə başladı.  Biz bir qrup dənizçi Qarabağ döyüşlərində iştirak etmək üçün təlimlərə başladıq. Təlimlər başa çatdıqdan sonra bizi Tərtər rayon istiqamətinə apardılar. Əsas döyüşlərimiz Ağdərə istiqamətində oldu. Ağır döyüşlərdə iştirak etdik. Dənizçilərin döyüşü qısa zamanda ağızdan ağıza keçdi, hər kəs bizdən danışırdı. Bir ay ərzində 3 şəhid 4 yaralı verdik. 1-ci şəhidimiz İlyas Hüseynov oldu. Yanvar ayının 9-da  Luləsaz kəndi uğrunda gedən döyüşlərdə düşmənin çoxlu sayda canlı qüvvəsini məhv etdik.  Biz dənizçilər o kəndi düşməndən geri aldıq, özü də heç  heç bir itki vermədən. O kənddən çoxlu sayda döyüş mərmiləri və təyyarə vuran qurğuları qənimət götürdük.  Rəhhmətlik İlyas təyyarə vuran qurğunun üstünə “KNF” sözünü yazdı. Elə bir şəhid olacağı ürəyinə dammısdı. Dedi bu da biz dənizcilərdən ordumuza hədiyyə olsun. Kəndi başqa bir batalyona təhvil verib meşəyə çəkildik. Yeni döyüş tapşırıqlarını yerinə yetirəcəkdik. Amma meşədə mühasirəyə düşdük. Güclü döyüş getdi. Mühasirəni yarmaqdan çox düşməni məhv etmək haqda düşünürdük. İlyas həmin döyüşdə şəhidlik zirvəsinə ucaldı, özünün şəhadətini qazandı. Mühasirədən çıxdıq. Düşmənin itkisi daha çox oldu. Bundan sonra bizim  itkilərimiz başladı. Yanvar ayının 13-də İlqar Poliyev şəhid oldu.  Sonra, yanvarın 14-də Ramiz Hacıyevi itirdik.  Yaralılarımız da var idi. İlk yaralımız ləzgi balası, əslən Qusardan olan Roma oldu.  O, qıçından yaralandı, yarası ağır olsa da döyüşdən əl çəkmirdi. Onu döyüş mövqeyindən Yura adlı bakılı balası çıxartdı. Yura da həmin döyüşdə “kantujn” oldu.  Çox çətin günlər idi. Biznən bu yerdə olan “Çelentano” ləqəbli İsa Söhbətov da var idi, bütün dənizçilər onun zarafatlarını, döyüşkənliyini xüsusi olaraq yadında saxlayıb. Saatlı rayonun Axundov kəndindən idi. Hamı onu neftşalalı kimi tanıyırdı. Bizim sevilən döyüşçü dənizçimiz idi.  Qəlpə onun ağzına dəydi. İsa deyirdi ki,  erməni mənim ağzımı baglamaq istəyirdi, amma bacarmadı. Şox mərd döyüşçü idi. Bizimlə Tovuzdan Azad adlı dənizci qardaşımız da var idi, hal-hazırda dononma da işləyir. O, da həmin döyüşdə qıçından güllə yarası almışdı. Halsız idi, onu döyüş yerindən Mübariz Qəniyev çıxardı. Axırıncı yaralımız “Qaqa” ləqəbli İlham Mustafayev oldu. “Qaqa” çox arıq oğlan idi. Ancaq onda Vətənə olan sevgi çox güclü idi. Torpağına bağlı olan insan idi Qaqa. Ağdam rayonundan idi. Çox mərd oğlan, döyüşkən və vətənpərvər adam idi. Onu biz bu keyfiyyıtlərinə tanıdıq. Həmin döyüşdə erməni tankından atılan mərminin qəlpəsi onun ciyərini, iki qabırğasını apardı. Şox çətinliklə döyüşçü qardaşlar onu döyüş yerindən uzaqlaşdırdılar. Biz dənizcilər döyüşə  gedəndə söz vermişdik ki, bir şəhidimiz də döyüş yerində saxlamayacayıq. Döyüşçü qardaşlarımız  döyüş andına sadiq qaldılar.  Mən döyüşçü qardaşlarımdan hərəsindən bir kitab danışaram hamıs da çox cəsarətli dənizcilər idi. Sən də sağ ol, şair, bizi də yaddan cıxarmırsız. Bu hadisələrlə bağlı olan  ilk kitabın “Kəsilməyən həyacan fiti” kitabında da bizim döyüşçüləri xatırladın, bizə də  o kitabda yer ayırmışdın. İndi də yeni kitabında bizim üçün yer ayırırsan,  inşallah qismət olsun, bir filim də ssenarisin özün yazarsan, çəkərsən. Yəni  bizim dənizcilər buna layiqdirlər.  Yenə döyüş başlasa,  Ali Baş Komandan döyüş əmri versə, biz döyüşə hazırıq. Ön cəbhədə yenə də öz gücümüzü göstərərik. Təki Vətən yaşasın.

-Elşad, sənin döyüş xatirələrin gözlərimin önündən bir film kimi keçdi. Mən çox istərdim ki, döyüşçülərimizin hər biri haqda yazım və kitab halında dərc edim. İlk döyüşçüləriiz sizin dstə oldu. Sizdən qabaq Xaqan Dadaşov, Oktay Vəliyev və  sonralar isə onlarla dənizçimiz döyüşdü. DSD İB-yinin bir layihəsi kimi bu məsələni də gündəmdə saxlayacağam. Çox sağ ol ki, xatirələrini bizimlə bölüşdün.

-Sən sağ ol ki, ömrünün yarısını bu işə həsr etmisən. Dənizçilərimiz haqda yazdın, yazırsan, dənizçilərimizin sosial şəraiti ilə maraqlanırsan, səni də qaralayanlar var və olacaq.  Özün dediyin kimi başqaları dononmada şəxsi maraqlarının ardıyca qaçanda sən, 20 yanvar iştirakçılarını axtardın, tapdın, onların qəhrəmanlığını əbədiləşdirdin. Biz bunu unutmuruq… Sən sən sağ ol…

Söhbətləşdi:Faiq Balabəyli

 

 

Share: