Eldəniz Əzizli ikiqat dünya çempionu oldu

Azərbaycanı Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında təmsil edən yunan-Roma güləşçisi Eldəniz Əzizli final görüşünə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, rəqib gürcüstanlı Nuqzari Tsurtsumiya olub.

Görüş güləşçimizin qələbəsi ilə bitib.

Qarşılaşmanın əvvəlindən təşəbbüsə yiyələnən 30 yaşlı pəhləvan özündən 5 yaş kiçik rəqibini vaxtında əvvəl təmiz qələbə ilə üstələyib – 8:0.


Share: