“Barsa” Alba, Pike, de Yonq, Depay və Busketslə yollarını ayıracaq

“Barselona” qış transfer pəncərəsində daha çox qazanan futbolçularla yollarını ayırmaq istəyir.

Klub rəhbərliyi yayda başladıqları işi başa çatdırmaq niyyətindədir.

Kataloniya klubunun əsas məqsədi məvacib fondunu növbəti dəfə azaltmaqdır.

Bildirilir ki, qış aylarında yarımmüdafiəçi Frenki de Yonq, müdafiəçilər Jerar Pike və Jordi Alba, eləcə də hücumçu Memfis Depay komandanı tərk edə bilər.

Həmçinin, Busketsin də müqaviləsini uzatmayacağı və klubdan ayrılacağı vurğulanır.

Mənbə: sports.ru

Share: