Elcan Rəsulov xəstəxanaya yerləşdirildi

Aparıcı-aktyor Elcan Rəsulov xəstəxanaya yerləşdirilib.

Kulis.az xəbər verir ki, qəfil halı pisləşən sənətçi əməliyyat olunub. Bu haqda onun dostları məlumat yayıb.

Bildirilib ki, hazırda Elcanın vəziyyəti yaxşıdır.

Qeyd edək ki, aktyor bir müddət əvvəl ayağında ağrılar olduğunu, yeriməkdə çətinlik çəkdiyini açıqlamışdı.

Axşam.az

Share: