Əsəd Cahangir — 60
Əəbiyyatın Cahangiri,
Sözün işıq carçısı,
Fikrin dərin sahili,
Haqqın polad səsisən.
Elm nəfəsli bir ömür,
Şərəflə keçən bir yol…
Tənqidin zirvəsində
Ucalan imzasısan!
Altmış yaşın mübarək!
Sözə sadə baxmadın,
Sözün ruhunu duydun.
Ədəbiyyatın ruhuna,
Zəkanla nur çilədin.
Həm zövqü, təfəkkürü,
Milli ruhu qorudun.
Bu gün öz yubileyinə
Zəhmətinlə ucaldın.
Müqəddəs ucalıqda,
Sən şərəfli yer aldın.
Gələcək nəsillərə
Sən böyük məktəb oldun!
Əsəd Cahangir müasir Azərbaycan ədəbiyyatının düşünən qələmlərindən biri, sözün dərin qatlarını araşdıran görkəmli tənqidçi və ədəbiyyatşünasdır. Onun yazıları sadəcə bir tənqid nümunəsi deyil, həm də oxucunu dərin düşüncələrə sövq edən mənəvi yol xəritəsidir. Ədəbiyyata olan sonsuz sevgisi, milli təfəkkürə bağlılığı və analitik yanaşması ilə o, ədəbi mühitdə özünəməxsus, sarsılmaz bir yer qazanmışdır.

Onun qələmi həqiqəti müdafiə edən bir işıq kimi daim ədəbiyyatın keşiyində dayanır. Klassik irsdən çağdaş proseslərə qədər uzanan geniş baxış bucağı, dərin təhlil gücü və zəngin dünyagörüşü onu dövrümüzün seçilən ziyalılarından birinə çevirmişdir. Əsəd Cahangirin yaradıcılığında elm, sənət və milli ruh bir-birini mükəmməl şəkildə tamamlayır.
Bu əlamətdar yubiley münasibətilə hörmətli ədibimizə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və uzun ömür arzulayıram. Azərbaycan ədəbiyyatının “Cahangiri”, 60 yaşınız mübarək! Sözünüz daim uca, qələminiz hər zaman yazar olsun!
Şair,yazar Damət Salmanoğlu





















