Mən görmürəm, Günəş deyir…
Qaranlıqdan kölgə olub keçməyə
Qaranlığın korluğunu geyindim.
Necə gözəl kor olmuşdum sevdaya,
Kor şeytana nə yenildim, nə yendim.
.
Axı görmək tutunmaqdır,hökümdür.
Gözlərinə qapanmışdı gözlərim.
Kor da könül görə bilir- mümkündür.
Gec olmazmı qapananda gözlərim?!.
.
Yer üzündə bağlı olan qapının
mərhəməti bizdən niyə uzaqdır?
Göy üzünə yox gözüylə açılan
quyuların kor qalmağı, nə haqqdır?!
.
Korluğuma bir könüllük baxış ver.
Nə mən Eyyub, nə sən Allah – deyilik!.
Mən görmürəm, Günəş deyir:”Doğmuşam”.
Günəş bilmir biz dünyanın təniyik.
.
Kəlmələrim yerə düşür ovcumdan.
Ümidlərim kor-koranə üzülür.
Mən heç korluq çəkməmişəm yoxluqdan
Rənglərimə qaranlıqlar düzülür.
.
Dənizlərdə, çəmənlərdə qaçmağı
Sevirsənsə,gözlərini yumub gəl.
Kor quyu tək incidirsə özləmim.
Kor şeytana!Sən Günəşə uyub, gəl!

Susdum.. .
Susqunluğum yanmaqmış,
alovları udmaqmış.
Uddum,
ocağım söndü..
.Sən ki,heç yatmamışdın,
yuxu da görməmişdin.
Yatdın, gözlərin döndü…
.
Ağlımda susdurduğum bütün sözlər dirildi.
Əlifbadan bircə hərf yaddaşımda qalmadı.
Çəkib tökdüm içimdən qırğınlığı birbəbir.
Ürəyimdə ölənlər yaddaşımda dirilmir.
.
Mən səbirsiz adamdım, çox desəm də- Ya Səbir….
Qəlbin qırılmışına neyləyə bilər səbir?!
Əlifbadan içimdə bircə hərf buraxmadın.
Qəlbində gizlətdiyin bütün sözlər dirildi.
.
Susdum, gözlərim doldu,
ürəyim də dözmədi.
Heç belə olmamışdım.
Mən deyingən adamdım.
Mən belə susmamışdım.
Susdum.. .
.
Sən də gördünmü?
-Susqunluğum ocaqmış,
Alovları udmaqmış,
Uddum!
Ocağım söndü ..
.
Bax gör için soyudu?!
Bundan sonra içində
yoxluğumun toyudu.
Banu Muharrem.




















