Dünyanın yeni anti narkotrafik xəritələrinin hazırlanmasında Azərbaycan iştirak edir

Rövşən Novruzoğlu,

politoloq, Milli Təhlükəsizlik Məsələləri üzrə ekspert

(Amerika politoloq B.Dekker Azərbaycan polisinin fəaliyyətinə böyük qiymət verdi)

 İstiqamətinə görə Cənubi Qafqaz regionlarında yeganə Strateji Araşdırma Mərkəzi olan “Azərbaycanda Korrupsiyaya və Beynəlxalq Terrora qarşı strateji Araşdırmalar Mərkəzi (QHT) son tədqiqatlarına görə diqqəti cəlb edib. Nəticədə ABŞ-dan Vaşinqtondakı “Beynəlxalq terrora və korrupsiyaya qarşı Mərkəzi” tərəfindən əməkdaşlığa dəvət alıb.

Mərkəzin Direktoru B.Dekkerin müraciətində deyilir. Keçmiş İttifaqın sərhədləri çərçivəsində terrorizmə və narkotirafiklərə qarşı aparılan mübarizədə Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları, xüsusən polislər daha aktiv və fəaldırlar. Azərbaycan polisi bizim təhlillərə görə ərazilərdə baş verə biləcək ehtimalı çox olan daxili radikal islami qüvvələrin fəaliyyətlərini susdurublar. Yüzlərlə narkokuryer həbs edilib. Tonlarla narkotik maddə yandırılıb, dövriyyədən çıxarılıb. Onlarla dövlətçiliyin qorunmasında fəal olan, ölkə başçısının siyasətini dəstəkləyən və qoruyan ictimai-siyasi xadim terrordan xilas edilib. Müqayisə üçün bilridək ki, Ermənistanda son iki ayda sırf narkotik maddələrdən gələn gəlirlər hesabına yeni bank açılıb. Bu bankın əmlakı bir az əvvəl Qarabağdan qovulmuş “Vardanyan” qrupuna məxsusdur. Bank öz maliyyə vəsaitini ancaq Azərbaycan ictimai-siyasi mühitində ad-san qazanmış ziyalıların aradan götürülməsində xərcləyəcək. Məlumata görə “Vardanyanbank” (o həm də narkobankdır) narkotikadan əldə etdiyi gəlirlər hesabına “xüsusi narkoqruplar” təşkil edib. Bu narkoqruplar müntəzəm İrana, Gürcüstana, Türkiyəyə, narkotik maddələr daşımaqla məşğuldurlar. Bununla bağlı artıq Türkiyədə yeni yaranmış “Qala” və İranın Ədliyyə Nazirliyinə məxsus “Körfəz” kəşfiyyat informasiya məlumatlarında söhbət açılır.

Amerikalı politoloq B.Dekker həmçinin qeyd edir ki, Azərbaycan polisi əsası qonşu dövlətlərin ərazilərində qoyulmuş və dövlət çevrilişlərinə qarşı xüsusi narko-qrupların ifşasında yeni taktikaya malikdir. Azərbaycan polisi dövlətimizə qarşı birləşən və yaxud yeni cəbhə yaradan radikal dini cəmiyyətlərin sıradan çıxmasında əlahiddə gücə malikdir. Sorğularda və monitorinqlərdə işrirak edən əhalinin böyük bir qismi ölkədaxili sabitliyin qorunmasında polis orqanlarının əməyinə çox yüksək qiymət verirlər. Bu barədə “Antikorrupsiya və Beynəlxalq Terrora Qarşı Strateji Araşdırmalar Mərkəzinin Amerikada “Dekker” qrupunun sorğularında özünə geniş yer alıb. Cənab Dekker məlumata görə sorğunu Amerika Biləşmiş Ştatlarında yaşayan azərbaycanlılar arasında aparıb.

Xatırladaq ki, ABŞ və Azərbaycanın birgə hazırladıqları “Beynəlxalq terror təşkilatlarının ensiklopediyası” da hazırdır. III cilddən ibarət olan bu ensiklopediya aşağıdakı cildlərə bölünür:

I cild. “Dövlət çevrilişlərində iştirak edən  terror təşkilatları və radikal dini qruplar”.

II cild. “Cənubi Qafqazda Narkokorrupsiya Mərkəzləri. Prokurorluq orqanlarının “Anti-korrupsiya institutları”.

III cild. “Yeni narkotrafik keçidləri və xüsusi yol xəritələri. ( Qeyd edək ki, yeni yol xəritələri ilə bağlı) Vaşinqtonda B.Dekker qrupunun mərkəzində bu barədə müzakirələr olunub. Məlumata görə müzakirələrdə Azərbaycan polisinin fəaliyyətinə yüksək qiymət verilib.

 

Share: