Dünyanın ən yaxşı aviaşirkətlərinin adları açıqlandı

Aviaşirkətlərin xidmətlərini qiymətləndirən “Skytrax” beynəlxalq təşkilatı dünyanın 100 ən yaxşı aviaşirkətinin adını açıqlayıb.

Müstəqil.Az Oxu.Az-a istinadla xəbər verir ki, siyahı “Skytrax” şirkətinin rəsmi “World Airline Awards” saytında dərc olunub.

Müştərilərin fikirlərini nəzərə alan analitiklər müəyyən ediblər ki, dünyanın ən yaxşı aviaşirkəti “Singapore Airlines” olub. İkinci yeri “Qatar Airways”, 3-cü yeri isə “All Nippon Airways” tutub.

Top onluğa “Emirates” (BƏƏ), “EVA Air” (Tayvan), “Cathay Pacific Airways” (Honkonq), “Lufthansa” (Almaniya), “Hainan Airlines” (Çin), “Garuda Indonesia”, “Thai Airways” (Tayland) şirkətlərinin adları da daxil olub.

Share: