Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Fevralın 17-də Amerika fond bazarında Dow Jones indeksi 0,37% – 38,627.99 bəndədək, S&P 500 indeksi 0,48% – 5,005.57 bəndədək, Nasdaq indeksi isə 0,82% – 15,775.66 bəndədək azalıb.

“-Economics”in məlumatına görə, Avropa fond bazarlarında isə fevralın 17-də Fransanın CAC-40 indeksi 0,32% – 7,768.18 bəndədək, FTSE 100 indeksi 1,50% –7,711.71 bəndədək, Almaniyanın DAX indeksi isə 0,41% – 17,117.44 bəndədək artıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,05% artaraq 1,0777 dollar təşkil edib.

Share: