Məlum olduğu kimi, 2026-cı il iyulun 16-da Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə “Satınalma sahəsində dövlət-vətəndaş cəmiyyəti əməkdaşlığı” mövzusunda müzakirə təşkil olunub. Bu tədbir, movzunun aktuallığını və vacibliyini diqqət mərkəzinə gətirmişdir.
Artıq xeyli müddətdir ki, Azərbaycan Respublikasında korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizəyə start verilib, kifayət qədər güclü siyasi iradə var və görülən kompleks tədbirlər nəticəsində bu sahədə uğurlu nəticələr də əldə edilib. Antikorrupsiya siyasəti dövlət başçısı tərəfindən təsdiq edilən müxtəlif dövlət proqramları və Milli Fəaliyyət Planları əsasında tənzimlənir. O cümlədən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” da bu istiqamətdə sistemli tədbirləri özündə ehtiva edir.
Lakin bunlarla yanaşı hələ də kifayət qədər problemlərin, nöqsanların olduğu sahələrin olması ilə bağlı cəmiyyətdə söz-söhbətlərin, haqlı və ya haqsız narasızlıqların, dedi-qoduların zaman-zaman şahidi oluruq. Bu sahələrdən biri də məhz dövlətsatınalmaları ilə bağlıdr. Yeri gəlmişkən, bəri başdan bəzi qərəzli reaksiyalara cavab olaraq qeyd etmək lazımdır ki, beynəlxalq təşkilatların, o cümlədən BMT, OECD və Dünya Bankının araşdırmaları göstərir ki, dünya üzrə korrupsiyanın ən yüksək risk daşıdığı sahələrdən biri məhz dövlət satınalmalarıdır. Təsəsüf ki, uzun illər Azərbaycanda da dövlət vəsaitləri hesabına həyata keçirilən satınalmalar daim əsas mənimsəmə aləti kimi qəbul olunub. Büdcədən maliyyələşdirilən irihəcmli layihələr çərçivəsində, həmçinin müxtəlif dövlət qurumlarının ehtiyaclarının təmin olunması üçün keçirilən satınalmalarda korrupsiyanın yüksək həddə çatması müzakirə olunub. Aparılan çoxsaylı korrupsiya cinayətlərinin istintaq nəticələrinə baxdıqda da aydın görünür ki, bəzi məmurlar büdcə vəsaitlərini məhz satınalmalar prosesindən bəhrələnərək mənimsəyiblər.
Bu görüşdə də məhz bu sahədə də ciddi islahatların, xüsuslə qanunvericilik və institusiaonal islahatların aparıldığı, dövlət satınalmalarının daha şəffaf təşkili, rəqabətin artırılması, rəqəmsal həllərin tətbiqi, bərabər və ədalətli rəqabət mühitinin, hesabatlılığın bərqərar olması üçün və proses iştirakçlılarının daha məsuliyyətli, ədalərli olmasına yönəlik ciddi tədbirlər görülür.
Unutmaq olmaz ki, dövlət satınalmaları təkcə büdcə vəsaitlərinin xərclənməsi mexanizmi deyil. Bu sahə dövlət idarəçiliyinin səmərəliliyini, iqtisadi inkişafın keyfiyyətini, sahibkarlıq mühitini və vətəndaşların dövlətə olan etimadını müəyyən edən əsas istiqamətlərdən biridir. Dövlət büdcəsindən ayrılan hər bir vəsait cəmiyyətin vəsaiti olduğuna görə onun şəffaf, səmərəli və qanunvericiliyə uyğun istifadəsi dövlət siyasətinin prioritetlərindən hesab olunur.
Əslində korrupsiya riski ən çox qərarvermə imkanlarının geniş, nəzarət mexanizmlərinin isə zəif olduğu sahələrdə yaranır. Dövlət satınalmaları da böyük maliyyə dövriyyəsinə malik olduğu üçün, yuxarıda qeyd edildiyi kimi bütün dünyada korrupsiya baxımından riskli sahələrdən biri hesab edilir. Burada risklər müxtəlif formalarda meydana çıxa bilər. Bu risklərdən satınalma predmetinin əvvəlcədən müəyyən şirkətə uyğunlaşdırılması, texniki şərtlərin rəqabəti məhdudlaşdıracaq şəkildə hazırlanması, iştirakçılar arasında gizli razılaşmalar, sövdələşmələr, maraqların toqquşması, qiymətlərin süni şəkildə artırılması, müqavilələrin icrası mərhələsində keyfiyyətə lazımi nəzarətin olmaması və s. xüsusi qeyd etmək olar.
Bu risklərin qarşısının alınması yalnız hüquqi məsuliyyət tədbirləri ilə mümkün deyil. Burada əsas məsələ qabaqlayıcı idarəetmə sisteminin qurulmasıdır. Risk əsaslı yanaşma, daxili nəzarət mexanizmləri, müstəqil audit, rəqəmsal alətlərdən istifadə, elektron nəzarət alətləri və ictimai iştirakçılıq, monitorinq bir-birini tamamlayan elementlər kimi çıxış etməlidir.
Müasir dövrdə rəqəmsallaşma dövlət satınalmalarında şəffaflığın təmin edilməsinin ən effektiv vasitələrindən biridir. Elektron satınalma platformalarının tətbiqi insan amilini minimuma endirməklə yanaşı, bütün prosesin izlənilə bilməsinə şərait yaradır. Elektron sənəd dövriyyəsi, elektron tenderlər, avtomatlaşdırılmış qiymətləndirmə mexanizmləri və açıq məlumat bazaları həm korrupsiya risklərini azaldır, həm də sahibkarlar üçün bərabər imkanlar yaradır.
Rəqəmsallaşmanın digər üstünlüyü böyük həcmli məlumatların təhlili imkanlarıdır. Süni intellekt və analitik alətlər vasitəsilə eyni iştirakçıların davamlı qalib gəlməsi, qiymət anomaliyaları, əlaqəli şirkətlərin iştirakı kimi risk indikatorlarını əvvəlcədən müəyyən etmək mümkündür. Dünyanın bir sıra ölkələrində artıq belə yanaşmalar uğurla tətbiq edilir.
Lakin heç bir elektron sistem insan məsuliyyətini tam əvəz edə bilməz. Ən müasir texnologiya belə, dürüst idarəçilik, etik davranış və ictimai hesabatlılıq olmadan gözlənilən nəticəni verməyəcək.
Bu baxımdan ictimai nəzarətin rolu, vətəndaş cəmiyyəti institutlarının bu prosesin bütün mərhələlərdə fəal içtirakı xüsusi əhəmiyyət daşıyır. Vətəndaş cəmiyyəti institutları dövlət orqanlarının alternativi deyil, onların fəaliyyətini tamamlayan mühüm tərəfdaşdır. QHT-lər satınalma proseslərini izləyə, analitik hesabatlar hazırlaya, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verə,manitoqinlər həyata keçirə, dövlət qirymları əməkdaşlarının, sahibkarların və vətəndaşların maarifləndirilməsində iştirak edə bilərlər.
Təcrübə göstərir ki, satınalma sisteminin uğuru yalnız qanunların mövcudluğu ilə deyil, onların effektiv icrası ilə ölçülür. Açıq rəqabət, bərabər imkanlar, diskriminasiyanın olmaması, şəffaflıq, hesabatlılıq, maraqların toqquşmasının qarşısının alınması və effektiv şikayət mexanizmləri inkişaf etmiş satınalma sistemlərinin əsas prinsipləridir.
Yuxarıda qeyd edildiyi kimi, ölkəmizdə da son illər dövlət satınalmaları sahəsində bir neçə istiqamətində mühüm addımlar atılıb, o cümlədən, hüquqi bazanın, idarəetmənin, satınalma mexanizmlərinin təkmilləşdirlməsi, rəqabət mühitinin yaxşılaşdırılması, və institusional islahatlar dövlət vəsaitlərinin daha səmərəli idarə olunmasına xidmət edəcək.
Bununla yanaşı, gələcək dövrdə aşağıdakı istiqamətlər üzrə fəaliyyətin daha da gücləndirilməsi üçün, vətəndaş cəmiyyəti insitutları olaraq aşağıdakı bəzi təkliflərin nəzərə alınmasını məqsədəuyğun hesab edirik:
1. Açıq elektron məlumat bazalarının daha da genişləndirilməsi və satınalma məlumatlarının açıq data formatında təqdim olunması.
2. Risk indikatorlarına əsaslanan avtomatlaşdırılmış monitorinq sistemlərinin inkişafı.
3. Bu prosesdə ictimai iştiarkçılığın tədbiq edilməsi, vətəndaş cəmiyyəti ilə dövlət qurumları arasında institusional dialoq platformalarının genişləndirilməsi, xüsusilə dövlət orqanların fəaiyytə göstərən “tender komissiyalarında” VCİ-ı nümayəndələrinin müşadəçi qismində iştirakının təmin edilməsi. Beynəlxalq təcrübədə bu “sosial müşahidəçlik” adlanır. Yeri gəlmişkən bu təcürbə ölkəmizdə ilk dəfə hələ bir neçə il əvvəl Azərbaycan Respublikası Ədliyyə Nazirliyində tədbiq edilməyə başlayıb.
4. Dövlət qulluqçuları, satınalma mütəxəssisləri, QHT nümayəndələri və jurnalistlər üçün mütəmadi dəyirmi masaların və təlimlərin təşkili.
5. Etik davranış standartlarının və maraqların toqquşmasının qarşısının alınmasına yönəlmiş mexanizmlərin təkmilləşdirilməsi.
Yekun söz əvəzi: Dövlət satınalmaları prosesində şəffaflığın bərqərar olması, ictimai iştiarkçılığn təmin edilməsi və s. yalnız korrupsiyaya qarşı mübarizənin elementi kimi deyil, həm də dövlət və vətəndaş arasında etimadın möhkəmləndirilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması, sahibkarlığın inkişafı və büdcə vəsaitlərindən daha səmərəli istifadənin əsas şərtlərindən biridir.
Dövlət qurumları, vətəndaş cəmiyyəti, biznes subyektləri və media bu prosesdə bir-birini tamamlayan tərəfdaşlar kimi çıxış etdikdə korrupsiya risklərinin minimuma endirilməsi və şəffaf idarəetmənin təmin olunması daha real olur.
Əminəm ki, bu cür müzakirələr, xüsusilə dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında diloqun, əməkdaşlığın genişləndirilməsi, ictimai nəzarət mexaizmlərinin tədbiq edilməsi və s. dövlət satınalmalarında şəffaflıq mədəniyyətinin daha da inkişafın, bütövlükdə ölkədə korrupsiyanın qarşının alınmasına, daha etibarlı, sağlam mühitin formalaşmasına öz töhfəsini verəcəkdir.
“Cəmiyyətin İnkişafı Mərkəzi” İB-nin sədri
Əhməd N. Abbasbəyli





















