22 iyul Milli Mətbuat Günüdür -n Elman Elsaroğlu yazdı

22 iyul Milli Mətbuat Günüdür -n Elman Elsaroğlu yazdı

Bir neçə gündən sonra Azərbaycanda Milli Mətbuat Günü keçiriləcək. Çox düşünüb daşındım və nəhayət qərara gəldim ki, ustadları deyil, ustadların ustadlarını təbrik edim.

Az-çox olduğu kimi görünən, göründükləri kimi olan elə onlardır. Onların qadasını alım! Onlar olmasaydı, Allah Azərbaycanda jurnalistikanı alt-üst edib, tifaqını dağıdardı…
Şəkilin açıqlaması yoxdur.
…Nə olsun ki, yaşları yetmişi keçib, hələ də qıvraqlıqlarını itirməyiblər. Məşhədi İbad demişkən: Nə qədər qoca olsalar da, dəyərlər min cavana. Professorlardan Cahangir Məmmədlini, Qulu Məhərrəmlini və Allahverdi Məmmədlini deyirəm. Onlar olan yerdə dünənki uşaqlar nə mənədir? Nə qədər mənəm-mənəm desələr də ömürlərini təkərlərinin birinin havası kəm sürürlər. Səkiyə şıxanda da az qalır yerə yapışsın. Birdəki hər parıldayan zaddan qızıl olmaz…
Nə isə, həzrət Abbası köməyə çağırıb Allahdan diləyirəm: Ey jurnalistikanın yaranmasına izn verən Allah, Sən özün ustadlar ustadlarına can sağlığı ver, onların gününü ağrı-acısız keçir. Onların peşə bayramını mübarək elə! İlahi, amin!
Elman Eldaroğlu

Share: