Dönərxana üşün it kəsərkən tutuldu…VİDEO

Dönərxanalara satmaq üçün it kəsən kişi tutulub.

Onu it kəsərkən yaxalayan məktəblilər polisə xəbər veriblər.

Polis Nikolay adlı oğlanı bölməyə aparıb, ifadəsi alınıb.

Qazaxstandan Rusiyanın Çelyabinsk vilayətinə gələn Nikolay itləri iplə boğub, dərisini soyub, ətini satdığını etiraf edib.

O bildirib ki, öz ölkəsində it əti də normal şəkildə yeyilir.

Nikolay bir gün təcridxanada qaldıqdan sonra sərbəst buraxılıb. O, yenidən ət kəsdiyi yerə gələrək, öldürdüyü heyvanların dərisini yığıb.

Bu dəfə isə ona heyvansevərlər mane olublar.

O, heyvansevərlərə onlarla iti kəsib, dönərxanalara satdığını söyləyib.

Heyvansevərlərin şikayəti ilə Nikolay yenidən saxlanılıb. Onun Qazaxstana deportasiya edilməsi tələb olunur.

Müstəqil.Az

Share: