“Dodaq həmən dodaqdır dadı həmən dad deyil”.. Məhəmməd ÇALĞIN

Maman mənə bir su al
ana,mənə dondurma
gəlin mənə tanışdır
adı həmən ad deyil

offff Allahım ya rəbbim
mənəm! Məhəmmədrza
xoş gördük!tanıdınmı?
səsi yaman tarlaşıb
fəryad o fəryad deyil

üzümdən öpdü görcək
kim dadını qaçırdıb?
dodaq həmən dodaqdır
dadı həmən dad deyil

şirin neçə il sonra
mənə teşə gətirib
nə təhər başa salım?
Fərhad o Fırhad deyil

günüm olan kişinin
ətirin yaxıb canına
qarşımda dim_dik durub
bilmir ki bu Çalğında
şeydir,nədir,zad deyil

bissimillah ya Allah
məni qara basıbmı?
yoxsa yuxu görürəm?
mənim o sevdiyim qız?
yox! yox! bu arvad deyi

Share: