“Defektologiya sindromu” -iranlılar ona “Bəlaye cəng” adı verir…

1986-cı ildə Lerikdə, 1987-ci ildə isə ardıcıl olaraq Masallıda, Cəlilabadda, Biləsuvarda, Culfada, Ordubadda… uşaqlar arasında geniş yayılan “Defektologiya sindromu” deyilən bir xəstəlik qeydə alındı.

Maraqlı fakt bu idi ki, artıq İraq mətbuatı, Səhiyyə Nazirliyinin əməkdaşlarının açıqlamalarına (1986-1987-ci illər) görə qeyd edirdilər ki, bu xəstəlikdən (iranlılar ona “Bəlaye cəng” adı qoymuşdular. Yəni müharibənin bəlası) Təbrizdə üç ay ərzində (1986-cı ilin mart, iyun aylan) 47 nəfər yaş həddi 1-4 olan uşaq məhv olub. 1987-ci ildə isə Ərdəbildə, Astarada, Kermidə, Culfada, Biləsuvarda min iki yüz yeni doğulan uşaqda “Defektologiya sindromu” müşahidə olunub. Məlumata görə, ağıldankəm, düşünmə qabiliyyəti yarımçıq, əsasən vəhşi heyvanlara və çöl uşaqlarına məxsus davranışlara mənsub olan həmin xəstə uşaqların heç biri bu gün yaşamır. Uşaqların və hamilə qadınların əziyyət çəkdikləri bu xəstəliyin hələlik heç bir vaksini yoxdur. 1980-1988-ci illərdə Səddam rejiminin İranın azərbaycanlılar və kürdlər yaşayan ərazilərinə, eləcə də Azərbaycanın cənub bölgəsinə vurduğu yaralardan bəlkə də ən ağrılısı da elə budur. Hazırda isə həmin xəstəlikdən müalicə olunmaq üçün 3800 uşaq Bakıya üz tutub (Biz hələlik bəzi faktların üstündən sükutla keçirik). Almaniyanın Fraybuq Universitetinin professoru, genetik Hevard Volf qeyd edir ki, bu kimi bəlalar insan orqanizmindəki “harmoniya balansını” pozur. Vyana universitetinin professoru Mariya Xanqstberqer isə qeyd edir: “…İnsanlar arasında harmoniya balansının pozulmasına səbəb bütün ürəkdən çəkilən narahatçlıqdır. Avstraliyada hər il bunun nəticəsində 1600 adam ölür…”

Fikrimizcə, Səddam Hüseyni “Səddam Hüseyn” kimi formalaşdıran, onu beynəlxalq aləmdə mifə çevirən elə Vaşinqton özüdür. Üsəma bin Ladenlə Səddam Hüseyn arasında bir paralellik var. Bin Laden və onun “Əl-Qaida”- çıları ABŞ-ın “Şah daman” olan ticarət mərkəzini alt-üst etdi. Səddam Hüseyn və onun “Yerusəlimin gücü” təşkilatı isə Fars körfəzindəki (ABŞ-ın neft maraqlarını) ticarət bazasını dağıtdı. Vaşinqton bin Laden axtanşındadır. Vaşinqton həm də Fars körfəzindəki hökmranlığa əngəl olan Səddam Hüseynlə barışmayıb onun hakimiyyətini devirdi, özünü isə həbs edərək guya sivil qaydada mühakimə edir. Məlumata görə, İraqı Fars körfəzində möhkəmləndirən, onu nüvə texnologiyasının komponentlərilə təmin edən, viruslu bakterioloji və kimyəvi silahlarla təchiz edən əsasən NATO-ya üzv ölkələr, yəni Çin və RF idi…. Məsələn, 1990-cı il martın 9-da ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən London gömrükçülərinə ötürülən məlumatın nəticəsində İraqa aparılan nüvə silahlarının əldə edilməsi üçün nəzərdə tutulan xüsusi kondensatorlar götürülüb. Həmin ilin iyulun 15-də isə Frankftırtena Moyne gömrükçüləri İsveçrə istehsalı olan antikorroziya materialları, uran-238 izotopunun alınmasında və aşkarlanmasında tikiləcək qurğular üçün xüsusi polad örtüklər aşkar ediblər. Vaşinqtondakı Yaxın Şərq siyasətini araşdıran institutun eksperti Maykl Eyzenştadın fikrincə, İraq 80-ci illərdə Braziliyadan, Portuqaliyadan, Nigeriyadan 250 ton tərkibində uran olan “materiallar” alıb. Bağdadda çalışan Polşa mütəxəssisləri isə açıqlama verirlər ki, paytaxtın Şimal-Qərb hissəsində, Əl Qaymedəki kimya kombinatında uranla bağh xüsusi proqramlar icra olunurdu. Kameş Fondunun nüvə enerjisi üzrə tədqiqatçısı Leonard Spektorun fikrincə, İraq nüvə silahının istehsalı üçün tam hazır idi (Sadaladığımız bu faktlar jurnalist Mark Xleirin “The Wall Street Youmal” qəzetində (Nyu-York), 1990-cı il dekabrın 7-də “İraqın nüvə potensialı” materialından götürülüb).

Rövşən Novruzoğlu,

Beynəlxalq Terrorizmə və Korrupsiyaya

Qarşı Mübarizə Strateji Araşdırmalar

Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə

fəlsəfə doktoru, professor, politoloq

 

Share: