Dağıstan Dövlət Pedaqoji Universitetində Xatirə Fərəclinin kitabının təqdimatı keçirilib – FOTO

Bu günlərdə Dağıstan Dövlət Pedaqoji Universitetində tələbə və müəllim heyətinin iştirakı ilə, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt Şəhər Bölməsinin məsləhətçisi, AYB-nin “İRS” komissiyasının üzvü, “ZƏRİF” Qadın Ədəbi Məclisinin sədri, “Mədəni İnkişafın Təbliği” İctimai Birliyinin sədri, mitmedia.az saytının təsisçisi və rəhbəri, şairə Xatirə Fərəclinin “Зимние деревья” (“Zimniye derevya”) kitabının təqdimatı keçirildi. Dörd müəllifin Azərbaycan dilindən rus dilinə tərcüməçiliyi ilə, 2023-cü ildə işıq üzü görən 268 səhifəlik kitab geniş auditoriyaya təqdim olundu.

Tədbirin aparıcısı şairə haqqında tədbir iştirakçılarına məlumat verdikdən sonra, belə görüşlərin iki ölkə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə müsbət təsirini xüsusi vurğuladı.

DDPU-nun müəllimi, tənqidçi Maqomed Maqomedov geniş şəkildə çıxış edərək, tədbir iştirakçılarını Xatirə Fərəcli yaradıcılığı ilə daha yaxından tanış etdi, şairənin iç dünyası, həyata baxışı, şeirlərinin yazı üslubu, həmçinin tərcümə işinin necə məsuliyyətli bir iş olması ilə bağlı, fikirlərini söylədi.

Digər çıxışçılar şairin yaradıcılığı ilə bağlı təəssüratlarını bölüşdülər. Universitetin tələbələrinin ifasında şairənin şeirləri səsləndi, həmçinin onların ifasında Azərbaycan mahnıları ifa olundu.

Tədbirin sonunda şairə Xatirə Fərəcli çıxış edərək görüşün təşkilatçılarına, iştirakçılara göstərdikləri diqqətə görə öz dərin təşəkkürünü bildirdi.

Görüş xatirə şəkilləri çəkilməklə tarixin yaddaşına həkk olundu.

Aygün Hacıyeva

Dağıstan Dövlət Pedaqoji Universitetində Xatirə Fərəclinin kitabının təqdimatı keçirilib - FOTO

Dağıstan Dövlət Pedaqoji Universitetində Xatirə Fərəclinin kitabının təqdimatı keçirilib - FOTO

Dağıstan Dövlət Pedaqoji Universitetində Xatirə Fərəclinin kitabının təqdimatı keçirilib - FOTO

 

Dağıstan Dövlət Pedaqoji Universitetində Xatirə Fərəclinin kitabının təqdimatı keçirilib - FOTO

 

Share: