“Dadımıza çatın” – Deputatın zorladığı azərbaycanlı qızın anası/Video

İran parlamentinin millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalması, yanvar ayında isə şübhəli ölümü ilə mətbuatın gündəminə düşən Zəhra Nəvidpurun anası ailələrinə qarşı edilən təzyiqlər barədə açıqlama yayıb.

Müstəqil.Az Teleqraf.com-a istinadla xəbər verir ki, Zəhranın anası video-görüntü yayaraq ailəsinin təhdid altında saxlanıldığını bildirib.

“Mən Zəhra Nəvidpurun anasıyam. Övladımı əlimdən aldılar. İndi isə Cinayət-Axtarış İdarəsinin məmurları və Hacı Salmanın adamları bizi təhdid edir. Sözümüzü deməyə imkan vermirlər.

Oğlumu zindana salıblar. Mən və qızımı da saxlamışdılar. Bizi buraxdılar, lakin oğlum hələ də həbsxanadadır. Bizi qətli boynumuza almağa məcbur edirlər. Axı bizim nə günahımız var?! Sizi inandığınıza and verirəm, bizim dadımıza çatın”- deyə o qeyd edib.

Video-görüntünü təqdim edirik:


Share: