Bakıda restoranda yanğın…


Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi-70 ünvanında yerləşən “Təndir&Kabab” restoranının havalandırma sistemində yanğın olub.

Binanın birinci mərtəbəsinin arxa hissəsində restorana məxsus havalandırma sisteminin generatorunda qısaqapanma olub. Nəticədə elektrik kabelləri əriyib və generatorda tüstülənmə baş verib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Restoranın yerləşdiyi binaya elektrik enerjisinin verilişi dayandırılıb.

Hadisə yerinə FHN-in yanğınsöndürən maşınları cəlb olunub və yanğının qarşısı alınıb./report/



Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/mustaqil.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share:

Deprecated: Calling get_parent_class() without arguments is deprecated in /www/wwwroot/WordPress/mustaqil.az/wp-content/themes/clean-grid-pro/comments.php on line 2152