Ermənilər hərbi xidmətə getməmək üçün görün nələr edirlər – İşğalçı ölkənin RÜSVAYÇI ÜZÜ

Ermənistanda geylərin sayının sürətlə artması ciddi müzakirə mövzusuna çevrilib. Bu məsələ ötən həftə transgender Lilit Martirosyanın Ermənistan parlamentində çıxışı və parlamentin deputatı Naira Zoqranyanın onu tribunadan qovmasından sonra gündəmi zəbt edib.

Publika.az xəbər verir ki, Erməni Apostol Kilsəsinin informasiya bölməsinin koordinatoru Yesai Artenyan ölkədə geylərin sayının kəskin artdığını bildirib.

Erməni şərhçi Qalust Qriqoryan isə proqnozlaşdırır ki, Ermənistanda geylərin sayı getdikcə daha da çoxalacaq.

“Nə qədər Ermənistan ordusunda atmosfer pisləşəcək, nə qədər iqtisadiyyatda vəziyyət ağırlaşacaq, o qədər geylərin sayı sürətlə artacaq”, – deyə o yazır.

Qalustyan geylərin sayının artmasının iki səbəbinin olduğunu qeyd edir.

“Birinci səbəb ordudan yayınmaqdır. Son illərdə Ermənistan cəmiyyətində silahlı qüvvələrin nüfuzu sürətlə düşür. Çoxsaylı əsgər ölümləri təkcə ön cəbhədə yox, həm də arxada, döyüşün getmədiyi yerlərdə də qeydə alınır. Zabitlərin əsgərləri təhqiri, genişmiqyaslı korrupsiya, “dedovşina” normal qidalanma və geyimin yoxluğu, xüsusilə alt paltarlarının çatışmazlığı və digər hallar erməni gənclərinin ordudan qaçmasına səbəb olub. Bütün bunların fonunda erməni generallarının sərbəst həyat tərzi qıcıq yaradır. 2016-cı ilin “aprel müharibəsi”ndə çoxlu erməni əsgərinin ölümünü də əlavə etsək, erməni gənclərinin belə orduda xidmət etmək istəməməsi təbiidir. Hansı ailənin imkanı varsa övladlarını orduya göndərmir, yaxud da arxa cəbhədəki “elit” hərbi hissələrə göndərirlər. Bütün bunlara görə erməni gənclər ordudan yayınmağın çıxış yolu kimi gey olmaqda görürlər, çünki homoseksuallar hərbi xidmətdən azaddır. 2003-cü ildə Ermənistanda homoseksuallığa görə cinayət tərkibi ləğv edilməsi, 2008-ci ildə seksual oriyentasiya və gender bərabərliyi haqqında BMT Bəyannaməsinin imzalanması da buna geniş imkanlar yaradır. Təbii ki, hərbi komissarlığı və tibb komissiyasını aldatmaq elə də asan deyil, lakin hərbi xidmətə getməmək qərarını verən cavan oğlanlar dayandırmır. Onlar hərbi xidmətə getməmək və həlak olmamaq üçün hər şeyə hazırdırlar”, – deyə erməni şərhçi yazır.

Qalustyan Ermənistanda homoseksualların sayının artmasının ikinci səbəbi kimi Avropada qaçqın statusunu almaq olduğunu yazır: “Ölkədə ictimai-iqtisadi vəziyyətin yaxşılaşması perspektivi yoxdur. Erməni cəmiyyətində homofobiyanın güclü olması, LGBT nümayəndələrinin diskriminasiyaya məruz qalması, geylərin fiziki təhdidlərə məruz qalması, ata evindən sürgün edilməsi kimi hallar cinsi azlıqların nümayəndələrinin və özlərini bu zümrəyə aid edənlərin əlini gücləndirir. Belə şəxslər Qərb ölkələrində asanlıqla qaçqın statusu ala bilirlər. Ölkədən qaçmaq istəyən gənclərin sürətlə homoseksualizmə üz tutmasının səbəblərindən biri də budur”.

Share: