Dənizin şübhəsi – Damət Salmanoğlunun yeni hekayəsi

Ağrılı, acılı günlər idi. Heç kimin gözləri gülmürdü, ona görə ki, bu il xaqımız çox ağır faciyə ilə üzləşmişdi.
Xain imperiya köpəkləri Bakıda yanvarın 19-dan 20-nə keçən gecə qətliam törədərək öz azadlıqları uğrunda küçələrə axışan əli silahsız dinc sakinləri vəhşicəsinə qətlə yetirib tarixdə misli görünməmiş vandalizm faktını gerçəkləşdirmişdilər.

Sovet dağılmaqda olan imperiyanın ölkələrini əlində saxlamaq üçün son çırpıntılarını nümayiş etdirirdi. Xalqımız da milli müstəqillik istəyirdi, bu istəyləri nəticəsində isə bu qətliamla üz-üzə qalmışdı.
Qarabağda da, erməni separatçıları baş qaldırıb
Qarabağı Azıbaycanın tərkib hissəsindən ayıraraq “böyük ermənistan” qurmaq iddiasına düşmüşdülər. Moskvanın dəstəyini alıb yerli türk xalqının kəndlərinə basqınlar edir, insanları qətlə yetirirlər. Kənd camaatı ov tüfənglərinə sarılıb növbə ilə öz doğma el-obalarını qoruyurdular.
Erməni kəndləri ilə yan-yana olan kəndlərimiz mütamadi şəkildə atəşə tutulur uşaq, cavan, qoca fərqinə varmadan qətlə yetirilirdi. Sərhəd kəndləri birləşib özlərinə Musa kişini komandir seçmişdilər.
Musa kişi əsgərlikdə baltik dənizində baş matros kimi qulluq etmişdi.
Hərb elmindən bir az anlayışı vardı. Musa kişi tonqal başında gənclərə dənizin vurğunu olduğunu və öz əsgərlik məcaralarından söhbət edir, onları darıxmaqa qoymurdu.
Musa kişi doğurdanda dənizi çox sevmişdi, bəlkə də, ondan irəli gəlirdi ki, qızının adını Dəniz qoymuşdu.
Dəniz Qarabağın gözəl güşəsində öz kənlərində 10 cu sinifdə oxuyurdu. Onun böyük arzusu Azərbaycan Dövlət Univeristetinə qəbul olmaq idi və bu istəyini heç kimdən gizlətmirdi. Dəniz orta məktəbdə əlaçı şagird olduğuna görə şəklini şərəf löhvəsindən asmışdılar. Boş vaxtlarını kəndlərindəki kitabxanada keçirir və kitabxanada olan kitabların demək olar ki, səksən faizini oxumuşdu. Xarakteri bir az sərt, bir az da lovga, ərköyün qız olduğu üçün, demək olar ki, rəfiqəsi yox dərəcəsində idi. Onun ərköyün olma səbəbi atası olub. Hər zaman əzizləyib, o biri qardaş bacısınnan yüksəkdə tutub.

Dənizin bir arzusu da dənizlə bağlı idi. Deyirdi mən Dənizəm, elə isə dəniz sahilində yaşamalıyam.
Son zəng vurulanda Dənizin sevincdən gözləri yaşardı. Artıq arzularının bir addımlığında idi. İndi şagird adı ilə tələbə adı arasında cəmi bir neçə ay qalmışdı. Elə məktəbi bitirən kimi Bakıya bibisigilə yollanır. Həm imtahanlara hazırlaşmaq üçün, həm də arzusunda olduğu dənizi mütamadi şəkildə görmək üçün. Gecəsini gündüzünə qatıb zamanını imtahanlara sərf etməyi qarşılıqsız qalmır. Dəniz dörd imtahandan əla bal toplayaraq univeristetə qəbul olur. Artıq tələbəlik illəri başlamışdı. İlk dəfə kəndə zəng edib bu müjdəni verəndə gözləri dolmuşdu, elə Musa kişi də kövrəlmişdi.
Qrup yoldaşlarıya birinci tanışlığı normal keçir.
Hamısı bir-biri maraqlanır, həmyerliləlini axtarırlar.
Dəniz də, öz rayonlarından olan Səmayla rəfiqə olur. Zaman ötdükcə daha da mehriban olub, demək olar ki, günün çox vaxtını bir yerdə keçirirdilər. Hətta bir dəfə Dəniz yarızarafat Səmaya bir bənd şeir yazdığını da deyir. Səma, bax gör necə yazmışam:

Qarabağ gözəliyik,
İkimiz də, gözəl qız.
Sevimli rəfiyəqəyik,
Sən səma, mən dəniz.

-Aa.. Dəniz, sənin şairliyində varmış? Deyə Səma Dənizdən təəccübünü gizlətməmişdi. Dəniz də öz növsində:
Yox ay qız, bədahətən gəldi,- deyə cavab verib gülmüşdü.
Bu iki Qarabağ gözəli qrupun bütün oğlanları tərəfindən maraqla izlənilirdi. Həqiqətən də “Qarabağın maralı” mahnısını boş yerə oxumurlar.
Qarabağ qızlarının özlərinə məxsus gözəliyi olur.
Bulaqlarının saf suyu, əsrarəngiz təbiət gözəlliyi onların simalarına həkk olunur sanki. Lakin Dəniz heç birinə əhəmiyyət vermir, bir desələr də ikisini artıq cavab verirdi.
Dəniz qrupun oğlanlarına uşaq gözüylə baxırdı. Öz- özünə düşünürdü ki, mən univeristeti bitirməyincə heç kimə könül verməyəcəm, könül versəm də, özümdən on yaş böyüyünə könül verəcəm. O da atam kimi cüssəli, qorxmaz, cəsur olsun. Yadına atası ilə bağlı bir xatirə düşür ,gülümsəyir..
Bir dəfə atasının yeməyinə şəkər tozu tökmüşdü. Dəniz ərköyün zarafatlarını atasına qarşı tez-tez edirdi. Musa kişii qızını çox istədiyindən, heç nə demirdi ona.
Musa kişi də, bir-iki qaşıq yeyir, elə bilir ki, o şəkər xəstəliyinə tutulub, ona görə nə yeyir ağzı şirin dadır.
Artıq üçüncü kurs başlamışdı. Bu iki il ərzində Dəniz Bakıya o qədər bağlanmışdı ki, bəzən ali məktəbi bitirib kəndə qayıdacağını düşünəndə gözləri qaralırdı. Gecə-gündüz yalvarırdı ki, universiteti bitirən kimi peşəsi üzrə təyinatı Bakıya çıxsın. Ancaq sonra da düşünürdü ki, o zaman da ailəsindən, sevimli atasından ayrı qalacaq. Bu ərəfədə qəfil gələn zəng Dənizin bütün fikirlərini alt-üst elədi. Musa kişi telefonda ağlayaraq təpədən dırnağa qədər silahlandırılmış mənfur düşmən qarşısında silahsız olduqlarını və öz doğma ata-baba yurdlarından məcburi köçkün düşdüklərini dedi. Dənizin hönkür-hönkür ağlamasını bibisi eşidib gəlsə də verdiyi təskinlik onu sakitləşdirə bilmədi. Ancaq əldən nə gəlir ki? Musa kişi ailəsi ilə birlikdə Sumqayıt şəhərində məskunlaşdı.
Rasim Dənizdən bir qrup yuxarı oxuyurdu. Demək olar ki, hər gün qızlar dərsdən çıxanda onları izləyir, amma heç nə demirdi. Rasim cənub bölgəsindən idi, çox da yaraşıqlı oğlandı. Hərdən Dəniz göz ucu baxır və Səmaya deyir:
-Bax o yaraşıqlı oğlana bizi hər gün izləyir.
-Deyəsən sənə aşiq olub.
-Hə, nə bilim, bəlkə, sənə aşiq olub?
Bu mənzərə bir-iki ay davam edir. Rasim bir gün ürəklənib Dənizə yaxınlaşır və öz hisslərini etiraf edir.
Onu sevdiyini, fikrinin ciddi olduğunu və anasını elçi göndərmək istəyini deyir.
Dəniz qısa cavab verir:
-Mənim hələ evlənmək fikrim yoxdur. Xaiş edirəm bir də məni narahat etməyəsən.
Amma Rasim hər gün yaxınlaşır əl çəkmir. Əvvəllər nitqi tutulurdu Dənizi görəndə, indi isə əsl natiqlər kimi cümlələri bir-birinin ardınca düzür. Ancaq Dəniz əhəmiyyət vermir. Günlərin birində yenə yaxınlaşır Dənizə, yalvarır ki, sabah parka gəl beş dəqiqə söhbət edək.
Dəniz adəti üzrə yenə cavab verməyib uzaqlaşır. Sabahı gün universitetin həyətində, üz-üzə gəlir Dənizlə və çox əsəbi şəkildə:
-Gözəl olduğuna görə məni saymırsan, bəyənmirsən?
Nə olar, bax bir də o gözəlliyinlə öyünə bilməyəcəksən,- deyib əlindəki şüşə qabda olan kislotanı Dənizə sarı atır. Dəniz çox çevik, cəld qız olduğu üçün ani reaksiya verib geri çəkilir.
Bu hadisəni qrup yolaşları-oğlanlar görüb o andaca Rasimi yaxşıca əzişdirilər.
Aylar keçir, Rasimin anası gəlib Dənizi tapır başlayır yalvarmağa:
-Oğlum xəstələnib sənin dərdindən, xaiş edirəm, qızım, onu bağışla elçi gəlim səni gəlin aparım el adətiylə.
-Yox, ay ana, sənin oğlun psixi xəstədi. İnsanın üzünə kislota atarlarmı? Əgər mən cəld olub geriyə çəkilməsəydi halım indi necə olardı həə? Ona görə oğlunu həkimə göstərsəniz yaxşı olar,- deyib uzaqlaşır.
Bir neçə gündən sonra Rasim Dənizin bibisinin ünvanını öyrənib, anasını yollasa da bibisi rədd cavabı verərək qapıdan qovur.
Dəniz univeristeti bitirən kimi, atasının uzaq qohumuna məcburi şəkildə nişanlayırlar.
Heç bir ay çəkmir toyunu edib gəlin köçürürıər.
Gəlin köçən günü atası yaxınlaşıb istəyir qucaqlasın qızının alnından öpüb xeyir dua versin.
Dəniz atasını əliylə itələyir və deyir:
-Ata, sən mənim xoşbəxtliyimi məhv elədin, sevmədiyim insana məcburi verdiniz. Mən heç vaxt xoşbəxt ola bilməyəcəm.
Bütün günahları da, sənin çiynində yazılacaq.
Həqiqətən də Dəniz xoşbəxt ola bilmədi, sevə bilmədi həyat yoldaşını.
İki evladı dünyaya gəlsə də, yenə qəlbi isinmədi. Öz sənəti üzrə işə düzəldi.
Dənizin həyat yoldaşı bizneslə məşgul olurdu. Elə olurdu həftələrlə evə gəlmir, öz yanında işləyən bir qızla ikinci həyatını yaşayırdı. Son vaxtlar isə demək olar ki, Dəniz ilə münasibətləri tamamilə soyuqlaşmış, bir evdə iki yad insan kimi yaşayırdılar. Evə gec gələndə Dəniz səbəbini soruşanda isə müxtəlif bəhanələr gətirir ailəsi üçün çörəkpulu qazandığını deyirdi. Dəniz isə məsələdən azdan çoxdan xəbərdar olsa da, dərinliyə getmirdi. Bəlkə də, sevib ailə qursaydı bu məsələyə tamam başqa cür reaksiya verərdi. Ancaq hazırkı vəziyyətdə onun üçün çox da böyük əhəmiyyət kəsb etmirdi. Öz taleyi ilə məcburi barışıb övladları üçün yaşayırdı. İkinci Qarabağ müharibəsi başladıqdan sonra tək arzusu ata-baba yurdunun tezliklə düşmən işğalından azad olması idi. Elə də oldu. Ata yurdunun azad olunduğu xəbərinə o qədər sevindi ki, axşam bunu doğmaları ilə süfrə arxasında qeyd etmək qərarına gəldi. Yaxın rəfiqəsinə zəng edərək alış-veriş üçün hazırlaşdığını və ona yoldaşlıq etməsini xaiş edir. Hər ikisi alış-veriş mərkəzində lazım olanları aldıqdan sonra çıxmaq istədikləri vaxt qəfil Dəniz bir nəfərin ona diqqətlə baxdığını hiss edir. Dönüb baxdıqda Rasimi görəndə bir anlıq əlləri titrəyir. Ancaq özünü tanımamazlığa vuraraq cəld ordan uzaqlaşmaq istəsə də təqib edildiyini hiss edir. Taksiyə əyləşdikdən sonra arxaya baxanda Rasimin də bir taksiyə əyləşib onun arxasınca gəldiyini görür. Taksi sürücüsündən arxadan gələn taksini izləmədən çıxarmasını xaiş edir. Təcrübəli sürücü ani manevrə edərək izini itirir. Ancaq yol boyu Dənizi bir fikir təqib edir. Zamanında Rasimin sevgisinə cavab verməməklə doğrumu etdim görəsən?

Axşam öz doğmaları ilə qələbə sevinci yaşayan Dəniz .
Qarabağın füsünkar təbiətini göz önündə canlandırır.
İllər sonra, gözlərindən sevinc yaşları yanağına süzülür…

 

Share: