“Dənizçinin həyatı bütünlüklə maraqlı, macəra dolu anlarla əhatələnir…”

Müstəqil.Az -ın DSD İB-yi ilə birgə hazırladıqları “Dənizçi həyatı” lahiyəsinin budəfəki qonağı təqüddə olan Prezidentin fərdi təqaüdçüsü, Uzaq səfərlər kapitanı Muxtar Axundovdur

 -Muxtar müəllim, Sizinlə “Dənizçi həyatı” layihəsində həmsöhbət oluruq. Mümkünsə özünüz, həyat yolunuz haqda qısa da olsa məlumat verəsiniz.

-Faiq  müəllim,   mən Kür  çayının   sahilində,   Salyan  şəhərində  anadan olmuşam. Uşaqlıq illərim və yeniyetməlik dövrüm bu çayın sahilində keçib.  O illərimin ən böyük xatirələri də elə bu çayla bağlıdır.   Həmişə  Kürün  sahilidə oturar, çay boyu üzən  gəmilərə  baxardım.  O  vaxtar  Kürdə  kiçik tutumlu “paraxodlar”  üzərdi. Beləcə aşağa-yuxarı üzən gəmilər məni xəyalən özü ilə gəzdirərdi, gələcək həyatımın yol göstərəni, bələdçisi olurdu.

Fotonu aç

Demək, baxışlarınızla o gəmiləri izləyərək, dənizə tərəf “üzdünüz”…

-Özümü o gəmilərin sərnişini yox, kapitanı kimi görürdüm. Beləcə, orta məktəbi bitirdikdən sonra Qafur  Məmədov  adına  Bakı Dəniz Yolları Məktəbinin  Gəmi  sürücüsü  fakultəsinə  qəbul  oldum.  1967- cı ildə həmin məktəbi əla qiymətlərlə bitirdim və Xəzər  Dəniz  Gəmiçiliyinə təyinat  aldım.  İşə qəbul üçün də İmtahanları  əla qiymətlərlə  verdim, bununla da   Gəmiçiliyin  Yuxarı  qrup  Gəmilərinə  təyinatım təsdiqləndi.  Kapitanın 3-cü kıməkçisi kimi əmək fəaliyyətimə başladım. 1969- cı ilin ilk günlərindən  isə  Kapitanin  2-  ci köməkçisi oldum. Elə həmin ilin  ilin avqust  ayında  Ulu  öndər Heydər Əliyev  Azərbaycanın rəhbərliyinə gələn vaxtdan sonra  onun  sərəncamı ilə  Respublika üzrə Əsgər  və Əsgər  yaşlı  gənclərlə  aparılan  işlərin  yoxlanılması  komisiyasının Tərkibinə təsdiq edildim.

Uzaq səfərlər kapitanı Muxtar Axundovun doğum günüdür

-Dənizdən ayrılmamaqla…

-Bəli. Dənizçilik karyeramda da uğurlu hadisələr yaşanırdı. Belə ki, 1971- ildən gəmi kaqpitanının Baş  göməkçisi,  1979- cu  ildən isə gəmi kapitanı vəzifələrində işlədim.   1991-cı  ildə  SSSRİ  Dəniz  Nəqliyyatı Nazirliyinin   Sərəncamı ilə “UZAQ  SƏFƏRLƏR  KAPİTANI ” adına təsdiq edildim.

-Uzaq Səfərlər kapitanı olaraq uzaq səfərləriniz az olmayıb, yəqin ki..

– Çox səfərlərdə olmuşam.  İlk  olaraq  1992- ci ilin mart  ayında  Gəmiçiliyin  Rəhbərliyinin  sərəncami  ilə  öz  heyyətimizlə  Yunanstan dövlətinin  “TAŞKENT” Gəmisini  Rumuniyanın   tərsanəsindən  qəbul  etmişik.   1992-ci ilin  dekabr  ayında həmin gəmini başqa  komandaya təhvil  verdik. Bununla bağlı Yunan  Gəmiçiliyinin  sahibi  bizim  Gəmiçiliyin  Rəhbərliyinə  Minəttarlığını  bildirmişdi.  1993-ildə isə ” MERKURİ- 2″ gəmisinə göndəriş aldım. Bu gəmi ilə Baltik  dənizində çalışırdıq. Gəmi   Sərnişin və  iri tonnajlı Tır maşınlarının daşımalarını həyata keçirirdi.

-Səhv etmirəmsə bir müddətdən sonra gəmi sükanını vəzifə kürsüsünə dəyişdiniz.
– Mən bütün dövrlərdə özümü kapitan körpüsündə kapitan olaraq hiss etmişəm. Bəli,  1999-cu  ildə  Gəmiçiliyin  rəhbərliyinin  Sərəncamı ilə    Türkiyənin  İstambul  şəhərində  AXDG- in  Numayəndiliyinin  rəisi  vəzifəsinə təyin edildim. 2003- cü ilin  may  ayından  Rəhbərliyin  sərəcamilə geri çağrıldım. Gəmiçilikdə  Beynəlxalq  əlaqələr  üzrə rəis müavini  təyin edildim. 2014- cü ildən  Azerbaycan  Respublikası  Prezidentinin  Sərəncamı ilə  Gəmiçiliyin Birinci  müavini,   2015-ci ildən  isə sədrin  Baş  Müşaviri oldum.

2016-  ildən  Hörmətli  Prezidentimizin  Sərəncamı ilə  “Prezidentin fərdi  təqaüdçi” siyəm.

Açıklama yok.

-Muxtar müəllim, sizin dənizçi həyatınızı vərəqlədikcə, dediklərinizi dinlədikcə məlum olur ki, bu illəriniz çox səmərəli keçib. Dənizlə dostluğunuz ilk gündən baş tutdumu, heç peşman olduğunuz zamanlar oldumu?
-Dənizdə  57 il  işləmişəm, bununla  fəxr  edirəm. Hər hansı peşimançılıq olsaydı bir insan ömründən çox olan vaxtı dənizlə dostluq şəraitində keçirə bilməzdik ki… Mən dənizi sevərək  bu sahəyə gəldim, sevgi ilə təqaüdə çıxdım və özümü bir an da dənizdən və dənizçilikdən uzaq görmədim,  görmürəm və görə bilmirəm.

– Siz, təcrübənizdən irəli gələrək Gənc dənizçi nəsli nələri tövsiyyə edərdiz? 

-Əlbəttə ki, gənc  dənizçilərə  ugurlar  arzulayiram.  Bu sahəyə təsadüfən gəlmədiklərini sübutlamaq, peşəkar dənizçi, seçdikləri ixtisası mükəmməl öyrənməlidirlər. Bunun üçün mütləq təhsillərinə fikir verməli, təcrübə toplamalıdırlar.

– Dənizçi həyatı maraqlı anlarla dolu olur. Köhnə nəsil dənizçilər bəzən söz düşəndə köhnə günlərə qayıdır, xatirələrlə yol yoldaşı olurlar.  Həyatınızda yadda qalan, macəra dolu anlar az olmayıb, bəlkə o hadisələrdən bəhs edrdiniz.

-Dənizçinin həyatı bütünlüklə maraqlı, macəra dolu anlarla əhatələnir. Baxır kim necə yaşayır, kimin yaddaşında necə qalır o anlar.

-Məsələn, Sizin yaddaşınızda qalan hadisələrdən ən çox hansıları xatırlayırsız?

-Çoxunu… demək olar ki, hamısını. 1994- cü  ildə   ” MERKURİ-2 ” gəmisində  Riqa  şəhərindəki limandan  çıxıb təyinat üzrə hərkət edirdik. Gəmidə çoxlu sayda iri tutumli yük avtomobilləri – Tırlar var idi.   Açıq dənizə çıxdıqdan sonra heyyət müəyyən etmişdi ki,  Tırların  içərsində insanlar gizlənib. Bunların   Kürd  qaçqınları olduğunu  müəyyənləşdirdik. Heyyətin diqqətli olması tapşırığını verib, tədbirlər hazırlayıb, qaçqınların olması barədə Tərəfimdən bu barədə Liman  rəhbərliyinə məlumat verildi. Dərhal tədbir görüldü,  Limanın  rəhbərliyi minətdarlığını bildirdi.

Maraqlı hadisələr yetərincədir.  Müxtəlif limanlarda  olarkan  başqa  ölkələrin  dənizçiləri ilə  müxtəlif tədbirlər, idman yarışları keçirirdik. Ən çox da Voleybol,  Futbol  yarışları olardı.   Əsasda  Limanlarda  çox  dayananda. Elə dənizdə  də yüksüz  səfərlərimiz zamanı da  Anbarda  heyyət üzvləri komandalara bölünürdü, Voleybol  oynayırdıq.  Şahmat,  Şaşki  yarışları da eləcə.  Bizim  dənizçilər  həmişə  öz aralarında,  eləcə də başqa dövlətin   dənizçiləri ilə münasibətdə  mehriban olublar.  Ən çox  sevincimiz  isə Turk  dənizçiləri ilə rastlaşanda olardı. Onlarla  bir  limanda  olanda  ünsiyət qurardıq, gəmiyə dəvət edərdim, qarşılıqlı xoş münasibət, maraqlı söhbət alınardı.

– “Dənizçi həyatı” dedikdə nələri düşünürsüz? Bu ifadə sizin üçün özündə nəyi ehtiva edir?

– Dənizçi həyatı dedikdə, acılı-şirinli, vüsal dolu, ayrılıq anları ilə yadda qalan günlər, yaşanan həyat gəlir gözlərim önünə. Bu bizim dənizçilərin həyat tərzidir.  Bu həyatı özümüz seçmişik. Dəniçi olmaq şərəfli bir  peşədir. Demək dənizçi həyatı da şərəfli həyatdır.

Fotonu aç

” MERKURİ–2 ” gəmisi . Heyyət voleybol yarışında

– Müxtəlif vəzifələrdə işləmisiz. Gəmi sükanın arxasında olmaq yaxşıdır, yoxsa idarə rəhbərliyində təmsil olunmaq?

– Hər yerin, hər vəzifənin məsuliyyəti var ki, bunu gərək dərk etməyi bacarasan. Mənəvi tərəflərini düşünəsən. Təkcə vəzifəni icra etməklə deyil ki… Mən harda olmuşamsa, elə indi təqaüddə olduqda da, özümü dənizçi kimi, kapitan olaraq görürəm, hiss edirəm və bu hiss məni heç zaman tərk etməyəcək. Kapitan  heyəti  elə idarə  etməlidir  ki,  heç bir ayr-seçkilik  olmasin,  heyət  bir  yumruq  kimi olmalıdır, möhkəm və ayrılmaz.

Övladlarımın hamısı dövlət qurumunda işləyir” - Uzaq səfər kapitanı - VİDEO

-Bir neçə dəfə təqaüddə olsam da, deyə ifadələr işlətdiniz. Təqaüdə getmək sizi heç narahat etmədi ki… Məsələn, kollektiv, dəniz, gəmi, qağayılar, dalğalar  və sair…

-Hər şeyin bir sonu olmalıdır. Əlbəttə ki, mən də yerimi gənclərə verməli idim və bu məni heç narahat etmir. Biz də gənc olaraq dənizə gəldikdə özümüzdən yaşca böyükləri əvəz edə-edə yaşa, təcrübəyə dolduq. 2019- cu ilin dekabr ayının 1-də     Gəmiçiliyin  numayəndəsi  mənə  zəng  etdi, salamlaşdıqdan sonra   soruşdu ki, hazırda  hardasınız?  Şəhərdə  idim, olduğum yeri dedim. Nizami  muzeyinin  yanında  görüşdük . Dedilər ki, rəhbərlik bizi  göndərib, Sizinlə  Müqavilə  ləğv  edilir. Düzdür, o gündən  bu  günə  qədər  mən  gəmiçiliyin  heç  bir  tətbirlərinə  veteran olaraq dəvət  olunmasam da, Özümü dənizdən və dənizçilikdən uzaq görmürəm.   Bu da mənim 57 illik dənizçi həyatıma özümün verdiyim dəyərdir, mən bu sahənin mütəxəssisiyəm. Daima düşünmüşəm o kollektiv, orada işləyən köhnə tanışlar və sonradan tanıdıqlarım bütün insanlar mənim həmkarlarımdır, əsas da dəniz və dənizçi sənətinə dəyər verənlər, mən orada olsam da, olmasam da…

Söhbətləşdi: Faiq Balabəyli

 

 

 

 

Share: