“Çelsi” Ris Ceymslə müqaviləni uzatdı

İngiltərənin “Çelsi” klubu futbolçusu Ris Ceymslə müqaviləni yeniləyib.

“Qafqazinfo” London klubunun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçinin yeni müqaviləsi 2028-ci ilədək nəzərdə tutulub.

“Çelsi”nin yetirməsi olan Ceyms İngiltərə millisinin də formasını geyinir.


Share: