Çavuşoğlu: “Türkiyə və BMT-nin taxıl sazişinin uzadılması üzərində çalışır”

Ankara və BMT Qara dəniz taxıl dəhlizi müqaviləsinin uzadılması üzərində işləyir. Bunu bazar günü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Dohada keçirilən BMT-nin Ən Az İnkişaf etmiş Ölkələr üzrə Beşinci Konfransının açılışındakı çıxışı zamanı deyib.

“BMT ilə birgə əldə etdiyimiz İstanbul Taxıl Təşəbbüsü bir çox ölkələrə, xüsusilə də ən zəif inkişaf etmiş ölkələrə kömək etdi, dünyadakı ərzaq qiymətlərini aşağı saldı. Biz bunun problemsiz həyata keçirilməsini və genişləndirilməsini təmin etmək üçün çox çalışırıq. Dünən gecə BMT-nin baş katibi Antonio Quterreşlə məsələni müzakirə edirdik”, – deyə nazir bildirib.

Qeyd edək ki, Ukraynadan ərzaq ixracına dair müqavilələr ötən il iyulun 22-də İstanbulda 120 gün müddətinə bağlanıb. Noyabrda taxıl müqaviləsinin müddəti daha 120 gün uzadılıb və martın 18-də başa çatır.

Mənbə: Haber Global

Share: