Çalxalanır nəhr tək bütün Türkün dünyası…

Faiq BALABƏYLİ

Rəcəb Tayyib Ərdoğan

Çalxalanır nəhr tək bütün Türkün dünyası
Həm əqlin, düşüncənin, həm də dərkin dünyası
Haqq ədalət çarçısı, bütün ərkin dünyası
Dillərdə bir səs-səda, gözlərdə sevinc doğan
Təkcə bir ad səslənir: Rəcəb Tayyib Ərdoğan!
.
Başını uca etdi, etdi o, qoca Türkün
Ucadan uca olan, şərəfli uca Türkün
Sədası göy üzünə ucala, uça türkün
Torpaq nəfəs aldıqca, hər tərəfə gəlir can
Təkcə bu ad səslənir: Rəcəb Tayyib Ərdoğan!
.
O, döyüş meydanında ildırımtək çaxandı
O xan Araz, Dəli Kür, Fərat-Dəclə – axandır
Rəqibinə nə deyək, ermənidən doğandır
südü məkrlə dolu, əməlində qada,qan
belə qanı durdurur Rəcəb Tayyib Ərdoğan!
.
Məzluma arxa durdu, namərdə zalım oldu
hər kəs ki, zülmə düşdü, tez ona lazım oldu
O qalxanım, qılıncım, həm də ki sazım oldu
Ona qardaşım dedi, cənabi Baş Komutan
Komutanım yanında Rəcəb Tayyib Ərdoğan!.
.

Əlin sinənin üstə, nəbzin aramla vurur

Baxışında ləyaqət, şərəf, düzgünlük, qürur.

Doğudan Batıyacan hər kəs yanında  durur
Az qalıb, çox az qalıb, yaranmaqdadır Turan
Turan bayrağı altda Rəcəb Tayyib Ərdoğan

Share: