“Cadenza” orkestri növbəti konsertə hazırlaşır

Oktyabrın 20-də “Cadenza” orkestri (Cadenza Contemporary Orchestra) Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edəcək.

Kulis.az xəbər verir ki, “Allegoria Sacra” (“Müqəddəs Alleqoria”) adlanan budəfəki konsertdə bəstəkar Elmir Mirzəyevin yaradıcılığının 20 illik dövrünü əhatə edən, fərqli janrlarda yazılmış kamera-instrumental və səhnə əsərləri təqdim ediləcək. Bəstəkarın müəllif konsertində əsərlər orkestrin solistləri və gitaraçı Rövşən Məmmədquliyev tərəfindən ifa olunacaq.

Konsertdə iştirak etmək istəyənlər biletləri iticket.az saytından əldə edə bilərlər.

Share: