Bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı

Bakıda COVID xəstələrinə yardım göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb.

“Qafqazinfo” xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2023-cü il iyulun 1-dək kimi uzadılıb.

Qeyd edək ki, əvvəl bu müddət 2023-cü il mayın 1-nə kimi nəzərdə tutulmuşdu.


Share: