“Bu qədər yaşayış məntəqəsi su altında qalacaq” — Zelenski

“Vəziyyət çox mürəkkəbdir. Biz başa düşürük ki, 35-dən 80-ə qədər yaşayış məntəqəsi su altında qalacaq”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşü zamanı deyib.

O bildirib ki, Rusiya hərbçiləri hələ ötən il Kaxovka Su Elektrik Stansiyasını minalayıb.

“Ona görə də Ukrayna bənddə mümkün partlayışa və fəlakətin nəticələrinə hazır idi. Vəziyyət çox mürəkkəbdir. Biz başa düşürük ki, 35-dən 80-ə qədər yaşayış məntəqəsi su altında qalacaq. Dnepr, Zaporojye və Xerson vilayətlərində içməli su ilə bağlı böyük problemlər olacaq”, – deyə Zelenski bildirib.

Xatırladaq ki, ötən gün Ukraynanın Xerson vilayətindəki Kaxovka Su Elektrik Stansiyasının bəndi partladılıb.


Share: