Dünyanın bugünkü — Fotoxronikası

Rusiyanın “İnterfaks” internet saytı bu gün ərzində dünyanın müxtəlif yerlərindən çəkilən ən maraqlı fotoları yayımlayıb.

“Qafqazinfo” həmin fotoları təqdim edir:

“Apple” yeni məhsullarını təqdim etdi. Fotoda: Kaliforniya ştatının Kupertino şəhərində Ümumdünya İnkişaf etdiricilər Konfransında jurnalistlər və bloggerlər.

Frankfurt-Mayndə lalələr

Şahzadə Harri Londondakı Ali Məhkəməyə qarşı iddia ilə bağlı dinləmələr üçün gəlib.

Pekində Çin Milli Təbiət Tarixi Muzeyi açılıb.

Elektrik enerjisinə qənaət etmək üçün küçə işıqlarının söndürüldüyü Vyetnamın Hanoy şəhərinin mənzərəsi

Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin foyesində Dünya Ətraf Mühit Günü üçün plastikdən hazırlanmış Yer kürəsinin heykəli nümayiş etdirilir.

Nadir Kammer & Reinhardt Walter çini kuklasını satmağa hazırlaşır.

ABŞ, Yaponiya və Filippin sahil mühafizəçiləri Cənubi Çin dənizində üçtərəfli təlimlər keçirir.

Tibet sərhədçisi motosikletlərlə Çanqo şəhərində patrul edir.


Share: