Firəngiz ALP ANA
Qış gəlib bulud gözünə,
Qar yağır yerin üzünə.
Boylanım sənin üzünə,
Bu üz məni üşəndirir.
O sürünən qəm bəsidi,
Oxuyan bayquş səsidi.
Azan Allah naləsidi,
Bu söz məni üşəndirir.
İslandım çətir altında,
Kipriyimə çıxdı yaşım.
Qan qoxan ətir altında,
Bu göz məni üşəndirir.
Ağac balasıdı əsa,
Yapışmaqa əlim olsun.
Gəlsə başa gəlir bəla,
Bu diz məni üşəndirir.
****
Bu gün də axtarmadın,
aramadın sən məni.
Pırtlaşıq taleyimdən,
daramadın sən məni.
Bu gün də tək gəzirəm,
o qoşa cığırları,
bu gün də sığalladım,
qasnağlı paxırları.
Bu gün də naxoşfason,
burnumu hey çəkirəm.
Bir tənha yer tapanda,
hönkürtümü tökürəm.
Bu gün də dünənki tək,
yağış yağır qış günü.
Soruşsam -gələcəksən?
Deyəcəksən -iş günü.
Bu da bir bəhanədir,
gözlərim himə bənddir.
İki dəyqəlik səsin,
cibində simə bənddir.
Axtarmadın sən məni,
bu da üçüncü gündür.
Nə olsunki boyun da,
boyumdan az hündürdü.
Yol böyüyün olanda,
su kiçiyin olacaq.
Mən küsəndə bir yolluq,
boğazın quruyacaq.
Tərs düşəcək yerimiz!
YAXŞI
Bilirem döneceksen,
Yolun bir başı olmur.
Ayrılıq da ölümdür,
Amma baş daşı olmur.
Göz yaşı qocalanda,
Kirpikler nazikləşir.
Yanımdan elə keçmə,
Ürəyim acizləşir.
Quruyur ayaq izin,
Üzündə gilə dönür.
Sənsizliyim böyüyür,
Qarışqa filə dönür.