Bu gün ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanacaq

Bu gün İsveç Akademiyası 2023-cü il ədəbiyyat üzrə Nobel mükafatının qalibini açıqlayacaq.

“Qafqazinfo” xəbər verir ki, qalib Bakı vaxtı ilə saat 15:00-da bəlli olacaq.

Bu mükafat “idealist yönlü ən yaxşı ədəbi əsər”in müəllifinə verilməlidir.

Qeyd edək ki, norveçli dramaturq Jun Fosse, keniyalı yazıçı və dramaturq Nquqi Va Thiongo, norveç yazıçısı və dramaturqu Daq Sulstad, hind əsilli britaniyalı yazıçı Salman Rüşdi, fransız yazıçısı Mişel Uelbek, nigeriyalı yazıçı Çimamanda Nqozi Adiçinin adları mükafat alacağı gözlənilənlər sırasında çəkilir. 


Share: