Bakıda 13 yaşlı yeniyetmə qızı avtomobil vurub

Bakının Suraxanı rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 2010-cu il təvəllüdlü Aysu Vasif qızı Əlizadəni vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Share: