Bakıda 36 yaşlı kişini avtomobil vurub

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 1987-ci il təvəllüdlü Eşqin Akif oğlu Əbilovu vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.

Share: