Borrel: “Dünya liderləri Rusiyaya yeni dünya nizamı barədə siqnal göndərəcəklər”

Bu gün Praqada Avropa Siyasi Birliyinin (ASB) sammiti keçirilir.

Sammit çərçivəsində dünya liderləri Moskvaya Rusiyasız yeni dünya nizamının axtarışı barədə siqnal göndərəcəklər.

Bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel jurnalistlərə bildirib.

“Bu görüşdə Rusiyasız yeni dünya nizamı axtarılır”, – deyə o qeyd edib.

Birliyin ilk iclasında 44 ölkənin, o cümlədən Aİ-yə üzv olan 27 dövlətin, həmçinin Azərbaycan, Ermənistan, Böyük Britaniya, Gürcüstan, Türkiyə, Ukrayna və digər ölkələrin liderləri iştirak edəcəklər.

Mənbə: TASS

Share: