BOĞULAN ARZULAR – Damət SALMANoğlunun yeni hekayəsi

El-obasına bağlı insanlar kövrək olur. Vətənin daşını, çınqılını hər bir zərrəsini sevib əzizləyir, qohuma, əqrabaya yaxınlığı ilə seçilib, insana və insanlığa dəyər verib, hörmət, izzət bəsləyirlər. Ancaq əfsuslar olsun ki, faciəvi ölümlər belə insanları anidən yaxalayır, həyatlarına, arzularına gözləmədiyi anda son verir..

Belə insanlardan biri də Əyyub Hüseynovdur. O, cənub bölgəsinin füsünkar təbiyyətiylə seçilən Masallı rayonunun Ərkivan kəndində dünyaya göz açıb, böyüyüb boya-başa çatmışdı. Əyyub müəllim yüksək zəkalı, məntiqli qələm sahibi olub.
Uşaqlıq illərində ərköyün uşaq olsa da məktəb illərində ərköyünlüyüdən bir əsər-əlamət qalmamışdı. Çünki məqsədi var idi. Bu məqsədinə gedən yolu isə ərköyünlükü kəsirdi. O, oxuyub öyrənməyi, ali məktəblərə qəbul olunmağını qarşısına məqsəd qoyub və ona doğru böyük addımlarla irəliləyirdi.

Orta məktəbi 1966-cı ildə bitirb sənədlərini universitetin jurnalustika fakultəsinə verir, imtahanların ikisindən beş bir dörd bir üç qiymət aldığlna görə, konkursa salınır. Üç illik hərbi xidmətini başa vurduqdan sonra, 1970-cu ildə yenidən sənədlərini Bakı dövlət univeristetinin jurnalistika fakultəsinə verir və nəhayət arzularına çataraq tələbə adını qazanır. Atası Oruc kişi savxozda ferma müdürü işləsə də, dövlətin malında, mülkündə heç zaman gözü olmamışdır. Aldığı məvaciblə böyük külfətini dolandırırdı. Əlbbətdə o dövürdə bir nəfərin məvacibi ilə, böyük ailəni saxlamaq çox çətin olsa da Oruc kişi qənaət etməyi də bacarırdı.
Anası Nərgiz xanım işgüzar zirək qadın idi, demək olar ki, tək başına 20 sot həyatyanı sahələrində tərəvəz, göy-göyərti əkib-becərib satar, əldə etdiyi gəlirlə ailəsinə dəstək olardı. Tələbəlik illərində maddi sıxıntıyla qarşılaşmadığına görə, öz valideyinlərinə borclu olduğunu dostlarının yanında həmişə qururla söyləyərdi.
Əyyub dördüncü kursda oxuyanda xalası qızı Solmaz Xarici Dillər İnistitutunun ingilis dili fakultəsinə qəbul olur. Anasının təkidiylə xalası qızıyla nişanlanır ki, qıza da həyan olsun.
Çox çəkmir ailə həyatı qururlar.
Əyyubun təyinatını Bakı şəhərinə verirlər. Koperatif işçi jurnalında müxbir kimi işələməyə başlayır. Öz savadının və qələminin gücüylə jurnalın əvəzolunmaz işçisinə çevrilən Əyyub qısa müddət ərzində jurnalın məsul vəzifələrinin bir çoxunu icra edir.
Ailə qurduqdan sonra iki qız övladı dünyaya gəlir.
Onlar, sovet ölkəsinin ziyalısı, xobəxt ailəsiydilər.
Əyyub müəllimi Ticarət nazirliyinin nəzdində olan Azərittifaqın cənub bölgəsi üzrə şöbə müdüri təyin edirlər. Yeni iş yerində çox hörmət-izzətlə qarşılanır.
Masallı Rayon Ticarət Birliyinə yeni müdür təyin olunur. Yeni müdür özü ilə “yenilik” gətirmək istəyir. Öncə onu o vəzifəyə gətirən Azərittifaqın şöbə müdiri Əyyub müəllimdən başlamaq fikrinə düşür. Əyyub müəllim axşamüstü rayonda işlərini yekunlaşdırıb Bakıya dönmək üçün öz xidməti maşınına əyləşəndə arxa oturacaqda iki ədəd ağzı bağlı sarı kağız torbanı görüb sürücüdən soruşur:
-Bunları kim qoyub bura? Sürücü deyir:
-Yeni təyin olunuş müdürün sürücüsü gətirib qoydu, dedi ki sizə çatacaqdır, Əyyub müəllim.
-Soruşmadın içindəki nədir?
-Xeyr, soruşmadım.
-Onda gəl aç bax gör nə var bunun içində.
Oldu deyib kağız torbanı açıb baxır ki, 100 manatlıq bağlaması ilə doludur.
-Əyyub müəllim, burda böyük miqdarda pul var:
-Tez ol bunu gətirən adamı tab gəlib götürsünlər sən əl dəymə…
Təzə müdürün sürücüsü Əyyub müəllimin xidməti avtomobilinə deyil, müdürünün, xidməti kabinetinə üz tutub məsələni deyir. Təzə müdür düşünür ki, bəlkə, az olub, ona görə götürmür. Əlavə bir kağız torba pul göndərir.
-Əyyub müəllim, müdür dedi ki, üzürlü saysın, bu sizin haqqınızdır.
-Anlamadım, nə haqq, nə hesab? Tez götürün burdan kuloklarınızı. Ayıb olsun, mən belə düşünməmişdim.
Həmən hadisəni o dövürdə bütün rayon danışırdı ki, Ticarət birliyinin rəisinin verdiyi rüşvəti Əyyub müəllim geri qaytarıb.
O hadisədən sonra Ticarət naziri Əyyub müəllimi hörmət-izzətlə qəbul edib və deyib:
-Əyyub müəllim, mən sizi bu vəzifəyə təyin edəndə mənə demişdilər siz çox ləyaqətli, halal zəhmətlə yaşayan insansız, amma dünya malında gözü olmayan adam bizim müasir dövrümüzdə olmağına heç inana bilmirdim. Siz bunu öz ləyaqətinizlə, əməlinizlə subut etdiniz. Yenidən təyinatınızı əvvəlki iş yerinizə əmr verdirmişəm.
İllər keçir sovet ittifaqı dağılır Azərbaycan müstəqilliyini qazanır. Xalq cəbhəsi hakimiyyəti dövründə “Koperativ işçi” jurnalının redaksiyası bağlanır. Bir çox jurnalistlər kimi, Əyyub müəllim də işsiz qalır. Yodaşı Solmaz xanım məktəbdə ingilis dili müəlliməsi işləyirdi. Onun aldığı aylıq maaşı sosial xərcləri ancaq ödəyirdi. Çox sıxıntı içində yaşayırdılar.
Hərdən Solmaz xanım gülə-gülə deyirdi:
-Əgər o vaxtı 3 kulok pulu götürsəydin bu qədər sıxıntı çəkməzdik bir obyekt alardın, verərdik icarəyə dolanardıq. Cavabında isə Əyyub müəllim:
-Deyirsən təmiz adımı 3 kulok pula sataydım:- deyib elə zarafatla da ömür-gün yoldaşının cavabını verərdi.
Bir gün Rusiyanın Kazan şəhərində yaşayan bacısı oğlu zəng edib deyir:
-Dayı, bilirəm maddi imkanın yoxdur gəl bizim bazarımızda sənədə bir iş taparıq çörək pulu qazanarsan.
-Ay oğul, mənim gücüm ancaq qələmə çatır yazım, pozum. Bazar mənlik deyil.
Bunu yoldaşı Solmaz xanım biləndən deyir:
-Ay Əyyub, get də, bacın oğlanlarıdır, bəlkə, səni dolandırdılar. Bu qışı işlə, qayıdarsan, sonrasına Allah kərimdir.
Çox təkiddən sonra bilet alıb gedir Kazana. Bacısı oğlanları Əyyub müəllimə meyvə-tərəvəz köşkü verirlər ki, hər gün topdan satış məntəqəsindən meyvə-tərəvəz alıb gətirib burda satsan yaxşı qazanc əldə edərsən. Bir müddət bu işlə məşğul olsa da ortaya bir qazanc çıxara bilmir. Qərara gəlir ki Bakıya qayıtsın. Qərarını icra edib Bakıya qayıdır. Bir dondurma sexində mühasib işləməyə başlayır. Yay fəsli olmadığına görə bu sexin də işləri zəif olur. İki ay işləsə də məvacibini ala bilmir. İşdən evə dönəndə çoxdandı görmədiyi bir tanışı ilə qarşılaşır. Görüşüb xeyli hal-əhval tutduqdan sonra tanışı deyir:
-Əyyub müəllim, nəsə səni narahat görürəm. Nə olub, nəsə problemin var?
Əyyub müəllim işsizlik problemini qısaca da olsa izah etməyə çalışır. Tanışı deyir:
-Mir Telekompaniyasının sədri Davud İmanov mənim dostumdur. Kardiologiya mərkəzində müalicə alır. Elə onun yanın gedirəm. Gedək mənimlə.
Davud müəllim Əyyubu görən kimi tanıyır, görüşürlər. Tanışı deyir:
-Əyyub müəllim işsizdir, kompaniyada bir iş olsaydı işləyərdi.
Davud müəllim təəccüblə cavab verir:
-Necə yəni işsizdir? Əyyub müəllim kimi savadlı insanlara hər yerdə təlabat var. Daha sonra üzünü Əyyub müəllimə tutub soruşur:
-Rus dilinin tərcüməsini mükəmməl bilirsinizmi? Bizim çəkdiyimiz qısametrajlı filimləri öz dilimizə tərcümə edib AzTv-də vermək istəyirik.
-Bəli, mən jurnakistika fakultəsində oxuyanda ərəb və rus dillərinin tərcüməsini keçmişik.
Davud müəllim kadrlar şöbəsinə zəng edir və deyir:
-Əyyub müəllimi mütəxəssis kimi qəbul edin və ən yüksək maaşı yazın.
O gündən Əyyub müəllim işə başlayır. Az müddət keçmiş rus dilində çıxan Panorama qəzetinə ikinci iş yeri kimi dəvət edirlər.
Bir müddət sonra dövlət qəzetlərinin çoxu Əyyub müəllimi öz sıralarında görmək istəyir. Amma o müəllim qəzetini seçir və qəzetin şöbə müdürü təyin olunur.
Yazımın əvvəlində qeyd etmişdim ki, sadə insanların çoxunun sonu faciə ilə bitir. Əyyib müəllimin alın yazısı da bu amansız faciədən yan keçmədi. Həmişə Solmaz xanım deyərdi:
-Sən qəfldən ölsən mən neyniyərəm? Allahıma yalvarıram ki, bizi bir gündə haqq dünyasına aparsın.
Elə bil ürəyinə dammışdı bir gündə anidən bir aftomobil qəzasında həyatlarının sonu olacaq. İkinci qızları Ankara şəhərində yaşayırdı. Nəvələri dünyaya göz açmışdı, adını da Əyyub qoymuşdular. Sevinclərindən uçmağa qanadları yox idi. Balaca Əyyibun 1 yaşını qeyd etmək üçün Ankara reysinə təyyarə bileti alırlar. O zamanlar həftədə cəmj bir reys olurdu.
Sabahı yola düşəcəkdilər ki, o zamankı təhsil nazirinin hansısa rayonda təhsil işçiləriynən görüşü olur. Əyyub müəllimi də siyahıya salırlar. Nə qədər desə də “mən sabah Ankaraya uçuram, nəvəmin ad günü olacaq 3 gündən sora” deyirlər nazir özü tapşırıb ki, Əyyib müəllim iştirak etməlidir. Məcbur olub bileti qaytarır və Naxçıvana uçan təyyarəyə bilet sifariş verir ki, bəlkə, ordan sərhədi keçib İqdirdən aftobusla gedsələr çatalar ad gününə.
İqdir şəhərindən Ankara istiqamətində avtobus yola düşür. Bu avtobusun sərnişinlərindən ikisi özü ilə bütün sevinclərini aparan baba ilə nənə idi. Onlar bilmirdilər ki, saatlar qalır bu dünya və sevdikləri ilə aralarında.
Axşam düşüb hava qaralmışdı. Hər tərəf zülmətə bürünmüşdü. Yolu aydınlandıran
ancaq aftobusun faralarının qoşa işığı işığı idi. Bu yol birtərəfli yol olduğuna görə qarşıdan heç bir maşın gəlmir, ona görə sürücü rahat idarə edir, saatda 100-120 sürətlə irəliləyirdi.
Qəfildən önlərinə uzun borular daşıyan yük maşını maşın çıxır sürücü nə qədər idarəetməni tənzimləmə çalışsa da aftobusun ortasından aldığı zərbə nəticəsində ikiyə bölünür. Arxa hissəsi yol kənarındakı su kanalına aşır. 17 nəfər həlak olur. Həlak olanların içərisində Əyyub müəllim, Solmaz xanım və özləri ilə apardıqları arzular, sevinc hissləri su kanlında əbədi olaraq boğulur.

Müəllifdən:

Türkiyədən nəşlərini doğma Ərkivana gətirdilər. Kəfənlənməsidən öncə dayımı axrıncı dəfə görmək üçün yuyucuxanaya daxil oldum. Elə bil dərin yuxuya getmişdi. Qəfil gözlərim sol əmgəyindəki dəliyə sataşdı. O vaxt fikirləşdim ki əmgəyi harasa dəyib keçinib, yoxsa o kanaldan üzüb çıxardı. Axı dayım üzməyi yaxşı bacarırdı.
İllər keçdi. Bir gün Cənublu soydaşımızla söhbət əsnasında bu faciədən söhbət saldım. Eşitdiklərim məni heyrətə saldı. Yazıda qeyd etmişdim İqdir- Ankara yolu bir tərəfli yol idi. Bu boru daşıyan iran maşını hardan peyda oldu anidən? Soydaşımızın söylədiyinə görə həmən maşının sürücüsü onun əmisi olub.
Dediyinə görə polis geyimində olan terorçular yolu bağlayıb əmisi idarə etdiyi yük maşınını birtərəfli yola yönəldiblər. Onun sözlərinə görə bu işi quranlar PKK üzvləri olub. Qəzadan sağ qalanların çoxunu beyinlərindən şişləyiblər. Bu sözləri deyən kimi mənim gözümün önünə dayımın sol gicgahındakı dəlik gəldi. Həmən yük maşınının sürücünü də şişləyiblər, amma o ölməyib. Polislər məqamında yetişə bilib. Bir də onu fikirləşdim ki, illər keçsə də əgər hər hansı insanın canına qəsd olunubsa hökmən həqiqət üzə çıxacaqdır. Sonra soydaşımızın əmisini faciəvi şəkildə Urmiya gölünün kənarında qurduqları çadırda oğlu ilə birlikdə dəm qazından boğularaq,facivə şəkildə,onların da, arzuları
əbədi olaraq Urmiyanın susuz qalmış gölündə boğulub!!!

Damət Salmanoğlu
09.05 2023

Share: