BMT-yə məktub… və yaxud, hanı mənim uşaqlarım?..

BMT-nin Uşaq Fondu (UNİCEF) “Atəş altında təhsil” başlıqlı hesabatında isə qeyd olunur ki, Suriya, İraq, Fələstin, Liviya, Sudan, Yəmən kimi müharibə bölgələrindəki uşaqların təhsil vəziyyəti əhatə olunub. Məlumat üçün deyək ki, BMT-nin son hesabatları “Atəş altında təhsil” məsələlərinə aiddir. Bir neçə gündən sonra bizdə məıktəblər başlanacaq.

Bəs, bizdə vəziyyət necədir?.. Təhlillər göstərirdi ki, hesabata görə, dünyada 13,4 milyon uşaq müharibə səbəbindən təhsil ala bilmir. UNİCEF “itmiş nəsil” olaraq adlandırdığı uşaqların sayının daha da artmasından narahatdır. Hesabatda adıçəkilən ölkələrdə hücumlar səbəbindən 29 min məktəbin istifadəyə yararsız halda olduğu bildirilir.

Əsası 1993-cü ildə qoyulan və bu gün 30 milyona yaxın müəllim və təhsil işçisini birləşdirən Beynəlxalq Təhsil Təşkilatı (BTT) uşaqların təhsilə cəlb olunmasında bir sıra nüfuzlu təşkilatlarla əməkdaşlıq edir.

Xocalının canlı şahidi: "Üst-başı qan içində, dişləri tökülmüş vəziyyətdə  gəldi" (VİDEO)

Dünyada qadınlar və uşaqlar neçəyə satılır? – Şok statistika 173 ölkədə 402 üzv təşkilatı olan BTT-nin əsas prioritetlərindən biri yüksək texniki tərəqqinin olduğu qlobal dünyada hələ də mövcud olan savadsızlığa və cahilliyə qarşı mübarizə aparmaqdır. Təşkilatın apardığı araşdırmalar göstərir ki, 6-14 yaş arasında 113 milyon uşaq və yeniyetmə, ümumiyyətlə, məktəbdən kənardadır. Onların böyük qismi qızlardır. Bu uşaqların əksəriyyətinin əməyi istismar olunur. Uşaqları təhsildən ayıran əsas amil ailələrində maddi durumun acınacaqlı olmasıdır. Məhz buna görə valideynlər öz uşaqlarını təhsildən ayırıb işləməyə göndərməyə məcbur olur. Bunun qarşısını almaq üçün uşaq və humanitar təşkilatlar müxtəlif proqramlar həyata keçirirlər. Belə layihələrdən biri də uşaqların təhsilə cəlb olunması müqabilində onların ailələrinə maliyyə yardımı edilməsidir.

Bu ideya artıq Latın Amerikasının ən böyük ölkəsi olan Braziliyada uğurla sınaqdan keçirilib. Buna görə də BMT bu üsulu Afrikanın 3 ölkəsində – Mozambik, Seneqal və Tanzaniyada da reallaşdırmağa başlayıb. Ümumilikdə hər il 20 mindən artıq ailəyə 8 milyon dollar pul ayrılır. Həyata keçirilən digər bir layihə çərçivəsində isə uşaqlarını məktəbə göndərən ailələr ərzaqla təmin olunurlar. BMT-nin Ərzaq Proqramı çərçivəsində həyata keçirilən layihənin artıq 40 illik təcrübəsi var. Məsələn, 2022-ci ildə Pakistanın bir ibtidai məktəbində 100 oğlan və 13 qız var idisə, bu proqramın həyata keçirilməsindən sonra 120 oğlan və 97 qız uşağı təhsil almaq imkanı qazandı. Dünya Ərzaq Proqramı 54 ölkədə 12 milyon uşağın faydalandığı belə proqramlara hələlik ildə 100 milyon dollar ayırır. Qarşıdakı illərdə bu məbləğin tədricən artması nəzərdə tutulub…

Müharibə uşaqları - FOTOLAR

Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesabatına görə, dünyada hər 100 uşaqdan 16-sının əməyindən istifadə olunur. Ən acınacaqlısı isə odur ki, bu uşaqlardan bəziləri heç 5 yaşını belə tamamlamayıb. Bütövlükdə isə hazırda dünyada 170 milyon uşaq əməyin təhlükəli növləri ilə məşğuldur.

BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən hazırlanmış “Uşaqlar cəbhələr arasında” adlı hesabatda bildirilir ki, təxminən 230 milyon uşaq həyatlarının ən önəmli dövrünü əmin-amanlığın olmadığı və silahlı qarşıdurmaların tüğyan etdiyi bölgələrdə keçirirlər. Bu da İkinci Dünya müharibəsindən bəri ən yüksək və acınacaqlı göstəricidir. Təkcə Suriya, İraq, Cənubi Sudan, Mərkəzi Afrika Respublikası və Yəməndə 21 milyon uşaq müharibə və zorakılıq dəhşətlərini yaşamağa məcburdur.

Hesabatda qeyd edilir ki, BMT Təhlükəsizlik Şurası 2014-cü il üçün 23 münaqişə situasiyasının sıyahısını hazırlayıb və həmin münaqişələrdə uşaqlar ən ağır insan haqları pozuntularına məruz qalıblar. Əlli doqquz münaqişə tərəfi arasında gedən silahlı qarşıdurmanın səkkizi hökumət, əlli biri isə qeyri-hökumət qüvvələrindən ibarətdir. Cari il ərzində dünya üzrə münaqişə bölgələrində 62 milyon uşağın qıda, təmiz su, tibbi yardım, eləcə də istismar və zor tətbiqindən mühafizə kimi yardım və hüquqlara ehtiyacı olub.

Hesabatda aparıcı dövlətlər və beynəlxalq təşkilatlar dünyadakı böhran, münaqişə və fəlakət bölgələrində uşaqları daha yaxşı mühafizə etməyə çağırılır.

Dünyada qadınlar və uşaqlar neçəyə satılır? – Şok statistikaBu tabloda uşaq ölümü kimi dəhşəti də unutmaq olmaz. 1990-ci ildən etibarən uşaq ölümü iki dəfə azalıb. Lakin dünya Minilliyin İnkişaf Məqsədlərindən birinin – beş yaşadək uşaqlar arasında ölüm hallarının üçdə ikisini aradan qaldırmaq məqsədinin öhdəsindən gələ bilməyib.

Cari ildə hər gün beş yaşa çatmayan 16 min körpə vəfat edir. BMT Uşaq Fondunun (UNICEF) və Dünya Səhiyyə Təşkilatının (DST) illik məruzəsində qeyd edilir ki, 2015-ci ildə təqribən 5,9 milyon uşaq beş yaşa çatmadan tələf olub, halbuki 1990-ci ildə həmin göstərici 12,7 milyon nəfər təşkil edib.

UNİCEF-in icraçı direktorunun müavini Gita Rao Qupta deyib: “Biz xüsusən 2000-ci ildən sonra nail olduğumuz böyük qlobal tərəqqini etiraf etməliyik. Onda ölkələrin çoxu beş yaşa qədər uşaqlar arasında ölüm səviyyəsinin azaldılması sürətini üç dəfə artırmışdı”. Amma uşaqların çoxu hələ də elə səbəblərdən ölür ki, onların qarşısını almaq mümkündür.

UNİCEF-dən bildiriblər ki, 1990-ci ildən başlayan dövr ərzində 195 ölkədən yalnız 62-də uşaq ölümü Minilliyin İnkişaf Məqsədlərinin tələb etdiyi şəkildə azaldılıb.

Necə ki, Türkiyə Cümhuriyyətinin prezidenti Ərdoğanın dediyi yada düşür: “…Mən Azərbaycanı ona görə sevirəm ki, orada uşaq qəbiristanlığı yoxdur… Orada uşaq qatili yoxdur…”

Rövşən Novruzoğlu,

Beynəlxalq Terrorizmə və Korrupsiyaya

Qarşı Mübarizə Strateji Araşdırmalar

Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə

fəlsəfə doktoru, professor, politoloq

 

 

Share: