Biləsuvarda avtomobil aşıb: Xəsarət alanlar var

Biləsuvarda avtomobil aşıb.

APA xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndi ərazisində baş verib.

Avtomobilin aşması nəticəsində Bakı şəhər sakinləri – 1971-ci təvəllüdlü Sevda Süleymanova və 1975-ci il təvəllüdlü Əntiqə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Share: