Biləcəridə quru otluq sahədəki yanğın söndürülüb – YENİLƏNİB + FOTO/VİDEO

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində açıq sahədə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112″ qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-dən verilən məlumata görə, havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin səyi ilə yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğın 20 dəqiqə ərzində məhdudlaşdırılmaqla, qısa müddətdə tam söndürülüb.

Yanğın nəticəsində təxminən 1,5 hektar sahədə quru ot, kol-kos və dəmiryolu şpalları yanıb. Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib.

17:12

Binəqədi rayonunda quru otluq sahə yanır.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində quru otluq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

 

Share: